Bel ağrılarına ucuz çarə tapıldı

Bel ağrılarına ucuz çarə tapıldıNorveç və Danimarka alimlərinin apardıqları araşdırmaya əsasən, gündə 100 dəqiqə yerimək beldə xroniki ağrının əmələ gəlmə riskini təxminən 25 faiz azaldır.

Oxu.Az bu barədə CNN telekanalına istinadla xəbər verir.

"Bu mühüm kəşfdir, çünki yerimək sadə, ucuz və əlçatan bir fəaliyyətdir və bel ağrısının şiddətini azaltmaq üçün geniş şəkildə təbliğ edilə bilər", - deyə araşdırmanın aparıcı müəllifi Rayan Haddak bildirib.

Yerimə ilə bel ağrısının profilaktikası arasındakı əlaqəni öyrənmək üçün tədqiqat qrupu 20 və daha yuxarı yaşda olan 11 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər.

2017-2019-cu illər arasında alimlər tədqiqat iştirakçılarından yerişlərini izləmək üçün yeddi gün ərzində akselerometr taxmağı xahiş ediblər. Daha sonra 2021-2023-cü illərdə təkrar müşahidələr aparılıb və iştirakçılardan bel ağrısı yaşayıb-yaşamadıqları soruşulub.

İnsanlar dörd qrupa bölünüblər: gündə 78 dəqiqədən az, 78 dəqiqədən 100 dəqiqəyədək, 101 dəqiqədən 124 dəqiqəyədək və 125 dəqiqədən çox yeriyənlər.

Nəticələr göstərib ki, gündəlik yerimə müddəti artdıqca xroniki bel ağrısı riski azalır. İlkin məlumatlara əsasən, orta və ya sürətli yerişin yavaş yerişdən daha təsirli olduğu müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 820   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr