"Kazinoların açılması ölkə iqtisadiyyatına müsbət təsir edəcək, amma bu o demək deyil ki, ölkəmiz Las Veqas olacaq" - AÇIQLAMA
Son günlər ölkədə kazinolarla bağlı müzakirələrin ardı-arası kəsilmir. Ölkədə kazinoların açılması cəmiyyət tərəfindən xoş qarşılanmasa da, qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahə düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir göstərir.
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Kazinoların açılması ölkə iqtisadiyyatına müsbət təsir edəcək, amma bu o demək deyil ki, ölkəmiz Las Veqas olacaq. Kazino əyləncə növüdür. Bunu turizmin inkişafı üçün xüsusi bir amil kimi müəyyənləşdirə bilmərik. Turistlər əyləncəni sevir. Onlar İrana gedib orda əylənə bilməzlər. Biz özümüz də səyahət planlaşdırarkən hansı ölkədə qiymətlər münasibdir, daha çox əylənə biləriksə, ora gedirik. Qatı dini qaydalar, adətlər olan ölkələri seçmirik. Bu baxımdan, kazinoların açılması müsbət faktordur. Amma turistləri cəlb edəcək, yoxsa etməyəcək bu sonranın müzakirə mövzusudur. Mən hesab edirəm ki, ölkədə əyləncənin bütün növləri sərbəst olmalıdır. Hollandiyada, Gürcüstanda nə azadlıqlar varsa, bizdə də eyniləri təmin edilməlidir. Mən bunun tərəfdarıyam. Əgər kazinolar açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1069 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabr