Bu halda qatar biletləri baha olur - Rəsmi

Bu halda qatar biletləri baha olur - RəsmiAzərbaycanın regionlarına hərəkət edən sərnişin qatarlarında biletlərin qiymətləri onların alınma tarixinə, həftənin gününə, bayram günlərinə və oturacaq istiqamətinə görə müəyyən edilir.

Bu barədə Sonxeber.az-a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, ADY 2024-cü il 1 noyabrdan ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçib:

"Bu qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişir. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər endirimlərdən yararlana bilirlər. Məsələn, ən çox tələbat olan Bakı–Qazax–Bakı marşrutu üzrə sərnişinlər büdcələrinə uyğun olaraq müxtəlif siniflər üzrə seçim edə bilərlər. Bu istiqamətdə 30-25 gün əvvəl alınan biletlərin qiyməti "standart" sinifdə 16, 20 manat, "standart+" sinifdə 21,40 manat, "biznes" sinifdə isə 39,90 manat təşkil edir. Eyni istiqamət üzrə "birinci" sinif biletlərinin qiyməti isə 101,7 manatdır".

Qeyd olunub ki, qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır, müştərilərə daha geniş seçim verir. Biletlərin qiymətində artım həftəsonları, bayram günləri və biletlər səfərə bir-iki gün qalmış alındıqda olur".
Bu halda qatar biletləri baha olur - Rəsmi"Dünya təcrübəsinə nəzər salsaq görərik, məsələn, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarus Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilirlər. O ki qaldı biletin qiymətinin 100 manatdan yüksək olması ilə bağlı məlumatlara, əgər hərəkət cədvəlində seçilmiş tarixə yüksək qiymət görünürsə, bu o deməkdir ki, digər siniflərə yer qalmayıb, yalnız "birinci" sinif – ən yüksək sinif üzrə yer və ya yerlər mövcuddur. "Birinci" siniflərin qiyməti "standart" və "biznes" siniflərdən yüksək olur. "Birinci" sinif yerlər az olsa da (məsələn, FLIRT qatarında cəmi 8 yer), təbii ki, öz müştəriləri var, səyahət zamanı yüksək komforta üstünlük verən sərnişinlər var", - ADY-dən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Dəmir Yollarında "birinci" siniflə səyahət edən sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda 1 saat müddətində Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarının VIP-zallarından istifadə edə bilərlər. Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır:

"Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir. VIP-zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir: limitsiz su, çay, qəhvə; internetə çıxış (Wi-Fi-dan istifadə); rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası; şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça); sərnişinin səfərin sonunda qarşılanması; Bakı Dəmiryol Vağzalında 2 saatlıq ödənişsiz avtoparkinq.

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VIP-zala kimi müşayiət edir. "Birinci" siniflə səyahət edən sərnişinlərə qatarda səfər zamanı ödənişsiz yemək təklif olunur. Qida çeşidləri: qəlyanaltı; səhər yeməyi; sendviç; meyvə şirəsi; çörək; şəkər daxil olmaqla isti içki (çay, qəhvə) və su. Çay, qəhvə, suyun verilməsi limitsiz və ödənişsizdir. Qatarların "irinci" sinif salonlarında xüsusi yerlər mövcuddur. Oturacaqlar elektrik yuvaları və dirsəkaltı ilə təchiz olunub, fərdi işıqlandırma və oturacaqlar istəyə uyğun tənzimlənir. Həmçinin ikimərtəbəli qatarlardakı "birinci" sinif oturacaqları 180 dərəcə fırlana bilər. Səfər zamanı sərnişinlərə yastıqça, adyal və başmaq təqdim edilir".

Xatırladaq ki, Bakı-Qazax qatarına birinci sinif üzrə bilet qiymətlərinin 147-150 manat olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 840   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr