"Kim Milyoner Olmaq İstəyir?" verlişində üzücü xəbər – Yarışmadan sonra dünyasını dəyişdi - VİDEO
ATV kanalında illərdir maraqla izlənilən və milyonlarla tamaşaçını ekran başına toplayan "Kim Milyoner Olmaq İstəyir?" bilik yarışmasının 22 iyun bazar günü yayımlanan buraxılışı bu dəfə fərqli duyğularla izlənildi. Tamaşaçılar yalnız bilik yarışmasına deyil, həm də həyatın nə qədər kövrək olduğuna şahidlik etdilər.
Sonxeber.az xəbər verir ki, bu buraxılışda iştirak edən stomatoloq Yaman Özkan, çəkilişlərdən sonra həyatını itirib. Özkanın ailəsi onun xatirəsinin yaşadılması üçün proqramın yayımlanmasını istəyib. Verilişin yaradıcı heyəti bu duyğusal istəyə müsbət cavab verərək, Özkanın yarışmadakı görüntülərini efirə təqdim edib.
İlk sualları asanlıqla keçən iştirakçının qarşısına beşinci mərhələdə belə bir sual çıxıb: "Red Kit" adlı cizgi filmi və komikslərin türkcə tərcüməsində hansı obrazın orijinal adı " "Rantanplan"dır?"
Seyirçiyə müraciət jokerdən istifadə edən Yaman Özkan, tamaşaçıların 59 faizinin "C – Co Dalton" cavabını seçməsinə güvənərək bu variantı işarələyib. Lakin düzgün cavab "A – Rintintin" olduğu üçün yarışmadan ayrılıb.
Yarışmanı 5 min TL mükafatla tərk edən iştirakçı son sözlərində: "Əslində əldə edə biləcəyim yaxşı məbləğə ehtiyacım vardı" – deyərək təəssüfünü ifadə edib.
Yaman Özkanın vəfatı barədə məlumat proqramın rəsmi sosial media hesabında paylaşılıb. Açıqlamada bildirilib:
"Diş həkimi Yaman Özkan, təəssüf ki, keçirdiyi bir narahatlıq nəticəsində vəfat etmişdir. "Milyoner" komandası olaraq ona Allahdan rəhmət, yaxınlarına isə başsağlığı diləyirik".
Onun xəstəliyi və ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11 sentyabrMəşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü
Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini
4 sentyabrHəmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik
Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək
13 sentyabr"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə
5 sentyabr"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20 sentyabr"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi
Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır
18 sentyabrVəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub
5 sentyabrMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabrRöya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)
Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta
4 sentyabr