Dünyanın ən bahalı qidası! Kilosu təxminən 4 500 manatdır - FOTO
Hər il havanın tempraturuna uyğun olaraq aprel, may və iyun aylarında sağımına başlanılan və sentyabr ayına qədər yığımına davam edilən arı südü, arı qovanlarından çıxarılmağa başlayır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bal ilə müqayisədə daha çətin istehsal prosesinə malik olan arı südü, bir çox xəstəliklərə, o cümlədən bəzi xərçəng növlərinə şəfa verməsi ilə tanınır. Təxminən 5 il əvvələ qədər ölkədə istehsal olunmayan bu məhsul hazırda kilosu 45 min lirəyə (təxminən 4 500 manata) alıcı tapır. Bir qovandan gündə cəmi 2 çay qaşığı qədər əldə edilən arı südü, kraliça arının yeganə qida mənbəyi kimi də tanınır.
Arı südünün dünyanın ən bahalı qidalarından biri olduğunu bildirən Engin Ekinci deyir:
"Eyni növdən və irqdən olan işçi arının ömrü 40 gün olduğu halda, yalnız arı südü ilə qidalanan kraliça arının ömrü 3-4 il arasında dəyişir. Kraliça arının ömrünü bu qədər uzadan bir qida insan orqanizminə nə kimi faydalar verə bilər – bunu təsəvvür belə etmək çətindir".
Kraliça arının yalnız arı südü ilə qidalandığını və bu səbəbdən də eyni növdən olan işçi arılara nisbətən daha uzun ömür yaşadığını bildirən Ekinci əlavə edib:
"Hazırda arı südünün yığım mövsümüdür. Sağlamlıq baxımından çoxsaylı faydaları var. Xərçəng kimi ciddi xəstəliklərə qarşı təsirli olması ilə tanınır. Bu səbəbdən dünyanın ən bahalı qidalarından biri hesab olunur. Kilosu təxminən 45 min lirə, yəni 4 500 manatdır. 5 il əvvələdək arı südü yalnız xaricdən idxal olunurdu. Lakin son illərdə yerli arıçılarımız tərəfindən də istehsal edilməyə başlanıb. Bir qovandan gündə yalnız 2 çay qaşığı qədər arı südü əldə edə bilirik. Arı südü vitamin və minerallarla zəngin bir qidadır. İşçi arının ömrü 40 gün olduğu halda, arı südü ilə qidalanan kraliça arının ömrü 3-4 il arası dəyişir. Bu da onun nə qədər güclü və faydalı bir qida olduğunu göstərir".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı