"8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın güclənən sənaye və enerji strategiyasının bariz təzahürüdür" - DEPUTAT

"8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın güclənən sənaye və enerji strategiyasının bariz təzahürüdür" - DEPUTAT"24 İyun 2025 ci il ölkəmizin enerji tarixində mühüm bir mərhələnin başlanğıcı kimi dəyərləndiriləcək əlamətdar gündür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Mingəçevirdə istifadəyə verilmiş "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın güclənən sənaye və enerji strategiyasının bariz təzahürüdür. Cəmi iki il ərzində reallaşdırılmış bu nəhəng layihə təkcə texnoloji baxımdan deyil, həm də siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Deputat qeyd edib ki, 1880 meqavat gücə malik bu stansiya Azərbaycanın enerji potensialını ciddi şəkildə artırmaqla yanaşı, ölkəmizin regional enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirir:

"Bu mühüm obyektin "8 Noyabr" – Zəfər Günümüz adlandırılması isə təsadüfi deyil. Bu addım Zəfər tariximizin milli rəmzlər sistemində daha dərin şəkildə əbədiləşdirilməsi ilə yanaşı, həm də dövlətimizin strateji inkişaf kursunun və milli gücünün simvoluna çevrilmişdir. Ən başlıcası isə bu layihənin Zəfər ruhunu daşımasıdır. "8 Noyabr" adı bu stansiyaya qürur və məsuliyyət gətirir. Zəfər irsimizi yaşadan, onu inkişafla, tərəqqi ilə möhkəmləndirən bu möhtəşəm infrastruktur Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi qüdrətinin və vətəndaşlarına olan yüksək məsuliyyətinin parlaq təcəssümüdür".

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız bu günü deyil, eyni zamanda sabahı da düşünərək addım atır:

"Enerji sektorunda düşünülmüş siyasət, beynəlxalq tərəfdaşlıq əlaqələrinin düzgün qurulması, daxili resurslardan səmərəli istifadə ölkəmizin iqtisadi suverenliyinin və dayanıqlı inkişafının möhkəm təməlini təşkil edir.

Layihənin reallaşmasında İtaliya və Çin kimi strateji tərəfdaş ölkələrlə əməkdaşlıq isə Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin nəticəsidir. Eyni zamanda, Mingəçevirin tarixən formalaşmış peşəkar energetiklər bazasının bu nailiyyətdə rolu danılmazdır.

Bu strateji əhəmiyyətli stansiyanın fəaliyyəti həm enerji səmərəliliyinin artırılmasına, həm də ixrac imkanlarımızın genişlənməsinə xidmət edəcək və ölkəmizin enerji resurslarının dünya bazarına çıxışı daha da intensivləşəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1014   Tarix: 25 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr