"8 Noyabr" Elektrik Stansiyası beynəlxalq tərəfdaşlıq əlaqələrinin düzgün qurulması yeni imkanlar yaradacaq" - Ramin Şərifov

"8 Noyabr" Elektrik Stansiyası beynəlxalq tərəfdaşlıq əlaqələrinin düzgün qurulması yeni imkanlar yaradacaq" - Ramin Şərifov"24 İyun 2025 ci il ölkəmizin enerji tarixində mühüm bir mərhələnin başlanğıcı olmaqla yanaşı həm də 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin növbəti dəfə əbədiləşdirilməsidir".

Bunu Sonxeber.az-a danışan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov bildirib.

Ramin Şərifov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Mingəçevirdə istifadəyə verilmiş "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın günbəgün güclənən sənaye və enerji strategiyasının sübutudur:

"Cəmi iki il ərzində reallaşdırılan bu böyük layihə bizim üçün həm texnoloji, həm də siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır.1880 meqavat gücə malik bu stansiya Azərbaycanın enerji potensialını ciddi şəkildə artıracaq. Bu stansiya enerji potensialımızı ciddi şəkildə artırmaqla yanaşı, həm də ölkəmizin regional enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirəcək".

Ramin Şərifov vurğulayıb ki, cənab prezident İlham Əliyevin uğurlu gələcəyə hesablanan addımları sayəsində ölkə iqtisadiyyatımız hər gün daha güclənir:

Güclü iqtisadiyyatı olan dövlət hər bir sahədə inkişaf etmiş və hər zaman qalib, qüdrətli orduya sahib dövlətdir. Cənab prezident İlham Əliyevin enerji sektorunda düşünülmüş siyasətinin davamı olan "8 Noyabr" Elektrik Stansiyası beynəlxalq tərəfdaşlıq əlaqələrinin düzgün qurulması üçündə yeni imkanlar yaradacaq. Layihənin reallaşmasında İtaliya və Çin kimi strateji tərəfdaş ölkələrlə əməkdaşlıq isə Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin nəticəsidir. Hazırda ölkə enerji istehsalının 40 faizini formalaşdıran Mingəçevirin yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu gücləndirməyə xidmət edəcəkdir

Ümumiyyətlə daxili resurslardan səmərəli istifadə ölkəmizin iqtisadi suverenliyinin və dayanıqlı inkişafının möhkəm təməlini təşkil edir. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik dövlətdir. Təbii ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. Hesab edirəm ki, bu son deyil. Cənab prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bundan sonra da hər bir sahədəki uğurlu inkişafını davam etdirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 951   Tarix: 25 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr