"Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu" (FOTO)

"Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu" (FOTO)"Həkim Günel Məmmədlinin üç il öncə qızıma etdiyi uğursuz əməliyyat onun qulağında çürüməyə səbəb oldu".

Bu iddia ilə "Qafqazinfo"ya azyaşlının anası müraciət edib. Adının çəkilməsini istəməyən qadın qeyd edib ki, sözügedən otolorinqoloq hazırda "Baku Medikal Plaza"da fəaliyyət göstərir.

Şikayətçinin sözlərinə görə, 7 yaşlı övladı anadangəlmə "cup ear" xəstəliyindən (red: qulağın üst hissəsinin qatlanaraq və ya daralaraq həmin nahiyə boşluğuna doğru qatlanması ilə xarakterizə olunan qulaq anomaliyasıdır) əziyyət çəkdiyi üçün əməliyyata üz tutublar: "Əməliyyatı 3 il öncə etdirmişik. Bu prosesdən sonra sarğı açılanda qulaqda nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəldi. Qızımın vəziyyəti getdikcə daha da pisləşirdi, həkim isə bizə bunun düzələcəyini deyirdi. Lakin əməliyyat elə lap əvvəldən düzgün icra edilmədi. Belə ki, onun qulağında qan dövranı artıq pozuldu və üst hissəsi çürüdü. Bundan sonra eyni həkim yerli keyitmə ilə tikiş atdı. Lakin qulağın forması dəyişdi".

Qulağın əməliyyatdan öncəki və sonrakı halı:

Valideyn deyir ki, otolorinqoloqdan dəymiş ziyanı tələb etsə də, o, buna məhəl qoymayıb: "Ümumilikdə bu əməliyyata 2 min manata yaxın pul ödəmişəm. Mənə dedi ki, "sizə bir qəpik də verməyəcəyəm. İstədiyiniz yerə şikayət edin". Bundan sonra psixoloji sarsıntılar keçirdim və heç bir yerə müraciət etmədim. Hər ay fərqli həkim qəbuluna getsək də, çarəsinin Türkiyədə olduğu bildirildi. Və orada bu əməliyyatın məbləği 20 min manatdır. Buna isə gücümüz çatmaz. Həmin həkim məsuliyyət daşımalıdır ki, azyaşlı qızımı pis vəziyyətə salıb. Mənim müvafiq qurumlara müraciətimdən sonra qarşı tərəf pul təklif etdi, bunu qəbul etmədim. Lakin o, hələ də bu əməliyyatın ona aid olmadığını deyir".

Ana, həmçinin əlavə edib ki, həkim əməliyyat zamanı vətəndaşa heç bir tibbi sənəd təqdim etməyib: "Əməliyyatla bağlı əlimizdə heç bir sənəd yoxdur. Ödəniş də həmçinin nağd formada həyata keçirilib. Ancaq biz xəstəxanadan analizləri ala bildik. İstəyirəm ki, hər kəs lisenziyası belə olmayan bu həkimi tanısın. Biz isə zərərin bütünlüklə qarşılanmasını tələb edirik".

Sayt qarşı tərəfin mövqeyini öyrənmək üçün həkimlə əlaqə saxlayıb. Günel Məmmədli açıqlamasında deyib ki, sözügedən əməliyyat başqa həkim tərəfindən icra olunub: "Əməliyyatdan öncəki şəkil 2018-ci ilə aiddir. Biz azyaşlı uşaqlara əməliyyat etmirik, bu proses yalnız 5 yaşdan sonra mümkündür. Bu məlumat yanlışdır, iddialar böhtan xarakterlidir. Bizdə əməliyyat keçirən pasiyentlərin əvvəl və sonrakı şəkilləri olur".

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanlanan sorğuya cavab olaraq isə bildirilib ki, vətəndaşın 7 yaşlı qız övladının 2022-ci ildə "Həyat Estetik Klinikası" adlı özəl tibb müəssisəsində həkim Günel Məmmədli tərəfindən göstərilmiş tibbi xidmətlə bağlı Səhiyyə Nazirliyinə ünvanladığı müraciətə Nazirliyin Analitik Ekspertiza Mərkəzində baxılıb: "Müraciətə əsasən vətəndaşa 26 may tarixində cavab təqdim edilib. Vətəndaşa məlumat verilib ki, müraciətdə qeyd olunan tibb müəssisəsinin hazırda fəaliyyət göstərməməsi, habelə iddia edilən faktın təqribən 3 il əvvəl baş verməsi səbəbindən mövcud qanunvericilik çərçivəsində Mərkəz tərəfindən nəzarət tədbirinin həyata keçirilməsi mümkün olmayıb. Eyni zamanda bildirilib ki, müraciətdə qeyd olunan tibbi xidmətin həkim Günel Məmmədli tərəfindən göstərilməsini təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilmədiyindən, həkim barəsində hüquqi baxımdan nəzarət tədbirinin aparılmasının qanuni əsası yoxdur.

Qeyd edək ki, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin tarifləri pasiyentlə tibb müəssisəsi arasında qarşılıqlı razılaşma yolu ilə müəyyənləşdirilir və bu xidmətlərin hüquqi əsasları tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

Bununla yanaşı, müraciətdə göstərilən məsələ eyni zamanda mülki xarakter daşıdığından, uşağın sağlamlıq vəziyyəti ilə bağlı iddianın məhkəmə-tibbi ekspertiza yolu ilə qiymətləndirilməsi və göstərilən xidmətə görə ödənilmiş məbləğin geri qaytarılması məsələsinin həlli Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyil. Bu səbəbdən vətəndaşa izah edilib ki, o, müvafiq sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər vətəndaşlar özəl tibb müəssisələrində və ya apteklərdə qanunsuz fəaliyyət və ya şübhəli hallarla rastlaşsalar, Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər müvafiq qanunvericiliyə uyğun şəkildə araşdırılır və zərurət yaranarsa, aidiyyəti müəssisələrdə plandankənar yoxlamalar aparılır".
"Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu" (FOTO)"Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu" (FOTO)"Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu" (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 945   Tarix: 25 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr