Nigar Fərhad efirə qayıdır?
Aparıcı Nigar Fərhadın "Kanal S" telekanalında yenidən fəaliyyətə başlamasına dair xəbər yayılıb.
Sonxeber.az xəbər verir ki, telekanalın baş prodüseri Roza Zərgərli Teleqraf-a açıqlamasında bu məsələ barədə məlumatının olmadığını deyib.
O qeyd edib ki, Nigar Fərhadın efirə qayıtması xəbərini nə təkzib, nə də inkar edə bilir: "Bununla bağlı bir məlumatım yoxdur. Düşünürəm ki, bu yanlış məlumatdır. Çünki İdarə Heyətinin iclasında belə bir məsələ müzakirə edilməyib. Ona görə də bu barədə məlumatı nə təkzib, nə də təsdiq edə bilirəm".
Qeyd edək ki, bir müddət əvvəl Nigar Fərhadın efirdə işlətdiyi "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm" açıqlaması cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Buna görə aparıcının "Kanal S"də müəllifi olduğu "Sözün bitdiyi an" verilişinin yayımı dayandırılmışdı.
Xatırladaq ki, Nigar Fərhadın "Kanal S" telekanalında yenidən fəaliyyətə başlamasına dair xəbəri "Show News" instaqram səhifəsi yayıb. Onun həftənin birinci günü "Nigar xanımla" adlı verilişlə efirə qayıdacağı qeyd olunub. Aparıcı şəxsi instaqram hesabında isə sosial şəbəkə istifadəçisinin sualını cavablandırarkən yenidən efirə qayıdacağını bildirsə də kanalın adını açıqlamayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1106 Tarix: 26 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabr