Qarpızdan zəhərlənməmək üçün nə edək?
Artıq bazarlarda, marketlərdə piştaxtalarda qarpızlar görünməyə başlayıb. Hələ qarpız mövsümü tam olaraq başlamasa da, kifayət qədər qarpız satan və alan var. Vaxtından əvvəl, mövsümündə yeyilməyən qarpızlar zəhərlənməyə səbəb olur.
Sonxeber.az trend-ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət etdiyni bildirib.
"Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb", - deyə o əlavə edib.
Mövzu ilə bağlı danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Azərbaycan üçün qarpızın xarakterik mövsümü iyul ayının ortalarından başlayaraq avqust ayına qədər olan dövr hesab olunur.
O qeyd edib ki, bu müddətdə yetişən qarpızlar daha təbii, qida dəyəri daha yüksək və orqanizm üçün faydalı olur:
"Xüsusilə həssas qruplara aid insanlar – azyaşlı uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar, hamilə və süd verən qadınlar məhz təbii mövsümdə yetişən qarpızlara üstünlük verməlidirlər. Bir çox hallarda mövsüm başlamazdan əvvəl satışda olan qarpızlar ya istixanalarda yetişdirilmiş, ya da isti ölkələrdən gətirilmiş olur. Bu hallarda, əgər qarpızın daşınması və saxlanması zamanı kimyəvi maddələrdən və konservantlardan istifadə edilməyibsə, az miqdarda istehlak etmək olar.
Qarpızın faydalı xüsusiyyətlərinə gəlincə, tərkibinin böyük hissəsinin sudan ibarət olması, A və C vitaminləri, likopin kimi antioksidant maddələrlə zəngin olması onun orqanizmə faydasını artırır. Likopin xərçəngə qarşı qoruyucu təsir göstərir və immun sistemini gücləndirir. Kalorisi aşağı olduğu üçün asan həzm olunur və lif tərkibinə görə həzm sisteminə də faydalıdır. Həmçinin, yay mövsümündə sərinləşdirici qida kimi istifadə olunur".
"Zərərlərinə gəlincə, süni şəkildə, istixanalarda kimyəvi maddələrlə yetişdirilən qarpızların tərkibində çoxlu nitrat və digər zərərli maddələr ola bilər. Bu isə allergik reaksiyalar, həzm pozğunluğu, qarın ağrısı və hətta zəhərlənmə ilə nəticələnə bilər. Qarpızın həddindən artıq miqdarda qəbulu da zərərlidir. Xüsusilə şəkərli diabet və insulin dirənci olan şəxslər miqdarına diqqət etməlidirlər. Soyuq şəkildə yeyildikdə mədə və bağırsaq sistemində soyuqlama və iltihab riski yaradır.
Qarpız alarkən təbii mövsümdə yetişmiş, çox iri olmayan, parlaq qırmızı rəngli, aydın naxışlı və günəş şüalarının təsirində uzun müddət qalmamış meyvələrə üstünlük verilməlidir. Uzun müddət günəşdə qalan qarpızın keyfiyyəti aşağı düşür və sağlamlıq üçün təhlükə yarada bilər", - deyə Məhsəti Hüseynova əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrHepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabr