"Korun düşməniyəm" deyən kişiyə ananın verdiyi cavab hər kəsi təəccübləndirdi
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini Hacı Eldar Bünyadovdur.
Proqramda Hacı Eldar Bünyadov "Ovaxtkı kişilər hansı xasiyyətləri ilə indikilərdən fərqlənirlər?" sualını belə cavablandırıb:
"Keçmişin kişiləri həm mülayim, həm də hökmlü idilər. Məsələn, iki cavanın problemi olanda hörmətli kişilər araya girib onları barışdırardılar. Keçmişdə qan düşməni olan iki kişi olub. Bir gün onlardan birinin anası və bir neçə qız Nardaranda toya gedirmişlər. Bunu görən kişi düşməninin anasının getdiyi arabanın önünə düşüb onlarla kəndə gedir. Evə çatanda qadın ondan "oğlum, sən kimsən?", - deyə soruşur. Kişi "korun düşməniyəm" cavabını verir. Bu zaman ana da "oğlumun qanını sənə halal edirəm" deyir. Yəni o vaxtın kişiləri belə qeyrətli olublar".
Nardaran sakini həmçinin xəbəri olmadan evləndirilməyindən də bəhs edib:
"Mən xanımımı görmədən evlənmişəm. Əsgərlikdən təzə gəlmişdim, işləyirdim. Novruz bayramı ərəfəsində birdən mənə qız almağa getdilər. Səhər oyananda qonşu kişi məni buna görə təbrik edəndə təəccübləndim. Böyük qardaşım üçün də ondan xəbərsiz qız almışdılar. Valideynlərim kimi məsləhət görübsə, onlarla evlənmişik".(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 784 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr