"Rusiya dövləti azərbaycanlılara qarşı bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir" - DEPUTAT

"Rusiya dövləti azərbaycanlılara qarşı bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir" - DEPUTAT"Rusiyanın Sverdlovsk vilayətində, Yekaterinburq şəhərində baş verən hadisələr təkcə fərdi cinayət faktları kimi yox, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir. Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycan əsilli şəxslərin evlərində vəhşicəsinə reydlər keçirməsi, onları işgəncəyə, ölümə məruz qoyması – sadəcə hüquqi normaların pozulması deyil, etnik təmizləmənin növbəti təzahürüdür"

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, 25 il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur:

"Bu cür davranışlar təkcə Rusiya Konstitusiyası ilə deyil, insan ləyaqətinə qarşı yönəlmiş vəhşilikdir. Hüquq normalarına görə, əgər bir insan cinayət törətməkdə şübhəli bilinibsə, özü də bütün ailə yox, konkret şəxslər, onların mühakiməsi yalnız məhkəmə tərəfindən aparılmalı, cəzası da qanunvericiliyə uyğun şəkildə verilməlidir. Heç bir hüquq-mühafizə orqanı insanlara işgəncə verməyə, onları öldürməyə haqqı yoxdur.

Rusiyada "rus kimliyi" ideologiyasının süni şəkildə gücləndirilməsi, monoetnik dövlət modelinə keçid cəhdləri, qeyri-rus xalqlara qarşı artan ksenofobiya və nifrət dili – bu ölkənin imperiya xislətindən imtina etmədiyini sübut edir. Damğalanmaya və etnik, milli, dini diskriminasiyaya məruz qalan azərbaycanlılar və Mərkəzi Asiya mənşəli miqrantlar Rusiya iqtisadiyyatının onilliklərdir ki, əsas daşıyıcı qüvvəsi olduqları halda, sosial diskriminasiyaya, inzibati zorakılığa və hüquqi ayrı-seçkiliyə məruz qalırlar.

Bu hadisələr fonunda bir neçə əsas tendensiya aydın görünür
Rusiya hökumətinin müharibəyə rusları yox, qeyri-rusları göndərmək siyasəti;
Miqrantların "mütləq günahkar" kimi təqdim olunması;

Ukraynada insanlıq əleyhinə cinayətlər törədən Rusiya rejiminin daxildə də qeyri-rus xalqlara qarşı qəddarlığını artırması.

Rusiya mediasının açıq anti-azərbaycançı və islamofob ritorikası;

Rusiya dövlət təmsilçilərinin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi, Rusiya ictimaiyyətini çaşdıran, Azərbaycanın milli maraqlarına toxunan çıxış və ifadələrinin, əslində Rusiya tərəfindən sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsi olması

Bunların bariz sübutudur: Azərbaycan Hava Yollarına məxsus mülki hava gəmisinin Rusiya tərəfindən vurulması, məsələnin qəsdən təkzib və ört-basdır edilməsi, vurulma faktı sübut edildikdən sonra Rusiya tərəfinin uzun müddət hərəkətsizliyi, gecikən üzr və hələ də ödənilməyən kompensasiya, cari ilin fevral ayında ölkəmizə qarşı təşkil edilən kütləvi kiberhücumların Rusiya tərəfindən gəlməsi.

Rusiya dövləti və hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının və digər qeyri-rus xalqların hüquqlarının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Əgər Rusiya dövləti bu hadisələrə obyektiv hüquqi qiymət verməzsə, bu yalnız ölkədaxili qarşıdurmaları alovlandırmayacaq, ölkəmizlə də münasibətlərdə kəskin qopmalar yaradacaq. Rusiya tərəfi törədilən cinayətlərlə bağlı Azərbaycan xalqından üzr istəməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1117   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr