Deputat: Azərbaycanlılara qarşı törədilmiş vəhşilik heç bir qanuna, insanlığa sığmır
Azərbaycanlılara qarşı törədilmiş vəhşilik heç bir qanuna, insanlığa sığmır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu cür hadisələr ilk dəfə deyil baş verir: "Əvvəlki dövrlərdə də zaman-zaman bu cür hadisələrin baş verdiyini görmüşük. Azərbaycan hər zaman çalışır ki, Rusiya ilə münasibətləri qorusun. Azərbaycanda yaşayan 100 mindən artıq Rusiya vətəndaşı Azərbaycan dövlətinin tam diqqəti ilə əhatə olunub. Dövlətimiz onlar üçün burada ən yüksək şəraiti yaradıb. Bu gün onlar və azərbaycanlılar arasında heç bir fərq yoxdur. Amma təəssüf doğurur ki, dünənki proses bir daha Rusiyadakı vəziyyətin fərqli olduğunu göstərdi. Azərbaycanlılara qarşı məqsədli şəkildə davamlı olaraq bu cür addımlar atılır".
Deputatın sözlərinə görə, baş verənlər ayrı-seçkilik və faşizimin Rusiyada dövlət siyasətinə çevrildiyini göstərir: "Bu gələcəkdə daha çox Rusiyanın özünün başağrısına çevriləcək. Rusiyada çoxlu xalqların nümayəndələri yaşayır. Onlar hər zaman bu ölkənin vətəndaşı kimi quruculuğunda iştirak ediblər. İndi isə Rusiyanın hüquq mühafizə orqanları bu vəhşiliyi və qəddarlığı törədir. Bu, qəbuledilməzdir. Biz Rusiyadan bu davranışlara izahat verilməsini tələb edirik. Bu, vəhşilik və qanun pozuntusudur. Sıradan məsələ deyil. Rəsmi orqanın həyata keçirdiyi bir addımdır. Ona görə Rusiyadan izahat gözləyirik. Belə halların təkrarlanmamamsı üçün öz siyasətlərinə baxmalı və düzəliş etməlidirlər. Bu formada addımların atılması iki ölkə arasında mövcud münasibətlərə tamamilə zidd davranışdır. Qəbuledilməz addımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 761 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr