DAK-ın həmsədri: Yekaterinburqdakı hadisə Rusiyanın terror dövləti olduğunu göstərir
Yekaterinburq şəhərində baş vermiş hadisə Rusiyanın bir terror dövləti olduğunu göstərir.
Bunu "Report"a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrlərindən Firudin Pərviznia deyib.
"Rusiyada azərbaycanlıların öldürülməsinin ilə bağlı bu vandalizmi pisləyirik. Rusiyada azərbaycanlılara qarşı törədilən vəhşilik birinci hal deyil", – həmsədr vurğulayıb.
O bildirib ki, xüsusən dövlətin bir qurumunun vəhşicəsinə gecə vaxtı insanların evinə daxil olaraq adamları ailəsinin gözü qarşısında qətlə yetirilməsi dünyada analoqu olmayan hadisədir:
"Bu Rusiyanın bir terror dövləti olduğunu göstərir. Heç bir halda qəbul olunan hal deyil. Bütün hallarda dövlət vətəndaşlara qarşı belə bir münasibət göstərə bilməz. Azərbaycan insanına bu cür terror göstərilməsi qəbul edilən deyil. Bu hal Rusiyanın məkrli siyasətinin, insanlara, sivil dünyaya olan münasibətini göstərdi. Rusiya bu hərəkəti ilə insan hüquq və azadlığını tanımadığını göstərdi. Hər bir halda bu terror hadisəni törədən şəxslər, bunu sifariş edənlər cəzasız qalmalıdırlar".
DAK həmsədri qeyd edib ki, Rusiya höküməti Azərbaycan dövlətindən, xalqından rəsmən üzr istəməlidir:
"Hadisə zamanı öldürülən şəxslərin yaxınlarının, qocaların, uşaqların polisə aparılaraq işgəncə verilməsi mənfur hərəkətlərin davamıdır. Buna bir ad vermək olmur. Bu hadisələri biz əsəbi şəkildə qarşılayırıq. Heç kimin cürətinə deyil ki, azərbaycanlılara qarşı belə davransın. Rusiya tərəfi rəsmən üzr istəməli, həmin ailənin bütün üzvlərinə təzminat verməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 867 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr