Könül Nurullayeva: Rusiyada azərbaycanlılara qarşı törədilmiş xüsusi amansızlıq yolverilməzdir
Rusiyada azərbaycanlılara qarşı istintaqsız və məhkəməsiz şəkildə həyata keçirilən zorakılıq və qətllər yolverilməzdir və bu hadisə məqsədli cinayət təsiri bağışlayır.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
MM üzvü qeyd edib ki, 25 il əvvəl baş vermiş bir cinayət hadisəsi ilə bağlı hər hansı rəsmi sübut təqdim olunmadan azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi, təhqir olunması və işgəncələrə məruz qalması həm absurddur, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:
"Ümumilikdə, son dövrlər Rusiyada soydaşlarımıza qarşı təzyiqlərin artdığı müşahidə olunurdu. Miqrantlara qarşı etnik ayrı-seçkilik açıq şəkildə özünü büruzə verirdi. Bu cür davranışlar iki ölkə arasında münasibətlərə də mənfi təsir göstərir. Ötən ilin sonlarında baş vermiş məlum təyyarə qəzası ilə bağlı da Rusiya hökuməti adekvat tədbirlər görmədi, cinayətkarlar isə hələ də cəzasız qalır".
Könül Nurullayeva əlavə edib ki, son insident zamanı müqavimət göstərməyən mülki şəxslərə qarşı zorakılıq törədilib və bu məsələ ilə bağlı ədalətli və şəffaf araşdırma aparılmalıdır: "Azərbaycan tərəfi hadisə ilə bağlı rəsmi etirazını bildirib. Məsələyə ciddi yanaşılmalı və cinayətkarlar öz cəzalarını almalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 854 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr