Deputat: Rusiya polisi cinayətkar dəstə kimi davranır, Kreml isə susur

Deputat: Rusiya polisi cinayətkar dəstə kimi davranır, Kreml isə susurYekaterinburqda azərbaycanlılara qarşı baş vermiş dəhşətli hadisəyə Rusiya rəsmilərinin susqunluğu Azərbaycanda ruslara aid xırda insidentlərə göstərilən həssaslıqla kəskin ziddiyyət təşkil edir.

Bunu "Report"a açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında çox yaxşı şəxsi münasibətlər mövcud olsa da, Rusiyada bəzi qüvvələr var ki, onlar bütün vasitələrlə ölkələr arasındakı əlaqələri pozmağa, körpüləri yandırmağa çalışırlar:

"Çünki artıq uzun müddətdir ki, Rusiya və Azərbaycan arasındakı xoş münasibətlər məqsədli şəkildə Rusiya tərəfindən pozulur. Təyyarə qəzasından sonra, eləcə də Azərbaycanın guya kiber hücumlar həyata keçirməsi ilə bağlı yayılan iddialar və buna paralel olaraq Rusiya dövlət kanallarında bir qrup "ekspertin" Azərbaycana qarşı nifrət dolu ifadələr işlətməsi, böhtanlar səsləndirməsi bizə bu niyyətlərin mahiyyətini açıq şəkildə göstərir.

Bu məsələlər həm Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində, həm də müxtəlif beynəlxalq ekspertlər səviyyəsində qınanıb, etiraz məktubları və bəyanatlar verilib. Münasibətlərə zərər gəlməməsi üçün çağırışlar edilib".

Deputat bildirib ki, bu hadisələrin arxasında müəyyən planlar, məqsədyönlü yanaşmalar mövcuddur:

"Bu proseslər təsadüfi deyil və görünür ki, ali səviyyədə məlumatlılıq da var. Yekaterinburqda baş verən hadisə də bu silsilədəndir. Dövlət orqanları – hüquq-mühafizə və təhlükəsizlik strukturlarının əməkdaşları qanun çərçivəsində deyil, vəhşicəsinə davranışlarla Azərbaycan vətəndaşlarını cinayətkar kimi mənzillərindən zorla çıxarıb, onların əşyalarını, pullarını, mobil telefonlarını mənimsəyiblər. İnsanları cinayətkarlardan qorumağa borclu olan hüquq-mühafizə orqanlarının özlərinin cinayətkar dəstələr kimi hərəkət etməsi artıq təhlükəli bir tendensiyaya çevrilib. Bu heç bir halda qəbul edilə bilməz".

V.İsgəndərov vurğulayıb ki, Rusiya Federasiyası bu qanunsuzluqlara federal səviyyədə son qoymalıdır:

"Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi nota və bəyanata Zaxarovanın qısa və qeyri-ciddi cavabı qaneedici deyil. Bu məsələ ilə bağlı daha geniş və əsaslandırılmış izahat verilməlidir. Bizim tələbimiz ondan ibarətdir ki, bu cinayətlərdə əli olan hüquq-mühafizə orqanlarının əməkdaşları məsuliyyətə cəlb olunmalı və barələrində cinayət işi açılmalıdır. Səbəblər isə aydındır: Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil xarici siyasəti və Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzunun durmadan artması. Azərbaycanın güclənməsi, dövlətimizin qüdrəti bəzi dairələrin narahatlığına səbəb olur və onlar müxtəlif üsullarla bu inkişafı ləngitməyə, zəiflətməyə çalışırlar. Bu isə açıq şəkildə qısqanclıqdır və yol verilməzdir".

V.İsgəndərov bildirib ki, hazırda Rusiyada da xalq arasında psixoloji gərginlik, müharibədən doğan çıxılmaz vəziyyət hökm sürür:

"Bu gərginliyi azaltmaq üçün günahı başqalarında axtarmaq, xarici xalqlara qarşı təzyiq göstərmək özü bir cinayətdir. Bu cür addımlar nəticədə dövlətin özünə qarşı yönələ bilər. Biz isə bu cür gərginliyin tərəfdarı deyilik. Lakin Azərbaycan tərəfi də belə halların qarşısını almaq üçün zəruri addımlar atmaq məcburiyyətində qalacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 815   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr