Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.
Milli.Az xəbər verir ki, bədbəxt hadisə ilsə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, hadisə agentliyin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb:
"Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur.
Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.
Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir".
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə bildirir ki, hadisənin hansı səbəblərdən baş verməsi haqqında araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün öncə "Baksol" yolu adlanan ərazidə yolun çökməsi səbəbilə 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya quyusuna yıxılıb. Axtarışlardan sonra gəncin meyiti Hövsanda kanalizasiya kollektorundan tapılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1137 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr