Sertifikasiyada 60 bal toplayanların tam siyahısı

Sertifikasiyada 60 bal toplayanların tam siyahısı18-25 iyun tarixində keçirilən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində ümumilikdə 22 383 müəllim iştirak edib.

Prosesdə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib.

7 nəfər müəllimin nəticəsi imtahan qaydalarını pozmaları (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilib.

Modern.az-ın məlumatına görə, sertifikasiya imtahanında ümumilikdə 17 müəllim maksimum nəticə göstərib. Onlardan 6-sı coğrafiya, 5-i biologiya, 4-ü riyaziyyat, 2-si informatika, 1-i isə ingilis dili müəllimidir.

Sertifikasiyada iştirak edən Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri maksimum nəticə göstərməyib.

Sertifikasiyadan 60 bal toplayan müəllimlər aşağıdakılardır:

Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Qurbanova;

Bakının Nizami rayonundakı 1 nömrəli idman liseyinin ingilis dili müəllimi Simuzər Əhmədova;

Abşeron rayonu, Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi Fərqanə Quliyeva;

Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi Gülşən Şahverdiyev;

Masallı şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Azad Mustafayev;

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva;

Şamaxının Kərkənc kəndində çalışan biologiya müəllimi Gülnar Cəfərova;

Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Səidə Salihova;

Beyləqan şəhəri humanitar fənlər təmayüllü liseyin informatika müəllimi Xanım Ələmdarlı;

Bakı şəhərindəki 249 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aysel Məmmədova;

Şəmkir şəhəri Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Samirə Məsimova;

Kəlbəcər rayonu 49 nömrəli tam orta məktəbin informatika müəllimi Alsu Mikayılova;

Şamaxı rayonu Kərkənc kənd tam orta məktəbinin biologiya müəllimi Gülnar Cəfərova;

Bakı şəhəri 282 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərmin Fəttahova;

Xaçmaz rayonu Kazım Gəncəliyev adına Manafoba kənd ümumi orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Arzu Mövlamova;

Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Gülşən Səlimova;

Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rəvan İmanov.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 848   Tarix: 30 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA

Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr