Vida mərasimində göydən pul yağdı - VİDEO
ABŞ-ın Miçiqan ştatının Detroit şəhərində inanılmaz bir hadisə baş verib: göydən yüzlərlə dollar yağdı.
Sonxeber.az xəbər verir ki, şəhərin şərq tərəfində yerləşən Gratiot və Conner küçələrinin kəsişməsində keçirilən bu qeyri-adi vida mərasimi, yerli ictimaiyyət arasında səxavəti ilə tanınan Darrell Tomasın xatirəsinə həsr olunub.
Hadisə 27 iyun tarixində baş verib. 15 iyun günü 58 yaşında vəfat edən Tomas üçün təşkil edilən tədbirdə, onun oğulları atasının xatirəsini yaşatmaq üçün simvolik bir jestə imza atıblar. Ailəyə məxsus avtomobil yuma məntəqəsinin yaxınlığında helikopter vasitəsilə yüzlərlə dollar havadan səpilib.
Şahidlər bildirir ki, qəfil göydən yağmağa başlayan pullar ətrafdakı sakinləri təəccübləndirib, bəzi vətəndaşlar isə əllərində torbalarla pulları toplamağa çalışıblar.
Darrell Tomas məhəllənin sevilən simalarından biri olub. Ailəsinə bağlılığı, qonşuluq münasibətlərinə verdiyi önəm və klassik avtomobillərə olan həvəsi ilə tanınıb.
Onun oğlu Smoke tədbirdə etdiyi çıxışda belə deyib:
"Bəlkə də Detroiti tanıyanlar atamı tanımır, amma o, mükəmməl bir ata idi. Cəmiyyət üçün bir əfsanə idi. Hər kəsə kömək edərdi və bu da onun hər kəs üçün etdiyi son yaxşılıqdır. Başqa heç nə deyil".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1486 Tarix: 30 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrHAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabr