Qəbələ Rayon Məhkəməsi ulu öndər Heydər Əliyevin qərarı ilə verilən torpağı vətəndaşa pulla satmağa çalışır - ŞOK İDDİA

Qəbələ Rayon Məhkəməsi ulu öndər Heydər Əliyevin qərarı ilə verilən torpağı vətəndaşa pulla satmağa çalışır - ŞOK İDDİA"Şəxsi mülkiyyətimdə olan torpaq sahəsini məhkəmə mənə pulla satmağa çalışır".

Bunu Sonxeber.az-a danışan Həşimov Əbdürrəhman Həsən oğlu bildirib.

2007-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə kənd bələdiyyəsi tərəfindən torpaq sahəsi verilib. 2007 və 2013-cü illərdə ürək əməliyyatı keçirdiyimə görə həmin torpaq sahəsinin qərarını bağlaya bilməmişəm. 2022-ci ildə mən çoxlu torpaq vergisi gəldi. İstifadə etmədiyim torpaq sahəsinin vergisini ödəməli oldum. kənd bələdiyyəsi mənə torpağın qırağını bağlamağımı desə də mənim mülkümdən qanunsuz istifadə edən şəxs buna imkan vermədi.

Mən də məcbur olub Qəbələ Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin çıxardığı qərarla mən torpağımın qırağını bağlaya bildim.

Bundan sonra torpağımdan qanunsuz olaraq istifadə edən Həşimov Qabil Rəhim oğlu məni məhkəməyə verdi.

Guya o mənim torpağımda fındıq və digər ağaclar əkib.O ağaclara görə o, məndən təzminat tələb etdi. Halbuki həmin ağaclar 1980-ci illərdə əkilib. Qabil Həşimov Qəbələ Rayon Məhkəməsinə verərək mənim əleyhimə qərar çıxartdı. Belə ki, məhkəmə heç bir sübut olmadan qarşı tərəfə 4000 manat pul ödəməyimlə bağlı qərar verdi. Halbuki, həmin ərazidə fındıq ağacların 1980-ci ildən əkilməsi ilə bağlı və həmin torpaq sahəsinin mənə aid olması ilə bağlı bütün sənət və sübutlar məhkəməyə təqdim olunmuşdu. 20.06.2023-cü ildə Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayevin çıxardığı qərarın ləğv edilməsi üçün Şəki Rayon Apellyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmədə torpağın qiymətləndirməsi ilə bağlı nümayəndənin gələcəyini söylədi. 1 il davam edən Şəki Rayon Apellyasiya Məhkəməsi də Qəbələ Rayon Məhkəməsi kimi heç bir sübut olmadan qarşı tərəfin lehinə qərar çıxardı. Belə ki,hakim Ələddin Məcidov həmkarı Elman İsayev kim heç bir sübut olmadan ona cərimə ödəməyimlə bağlı qərar verdi. Çünki hər iki məhkəmə heç bir sübut və sənəd olmadan bu cür ədalətsiz qərar çıxarıb.

Mən hər iki məhkəmənin çıxardığı qərardan narazıyam. Çünki hər iki hakim ulu öndər Heydər Əliyevin qərarı ilə mənə verilən torpaq sahəsini pulla mənə satmağa çalışır. Qəbələ Rayon Məhkəməsində bu cür proseslər çox olub. Bütün məhkəmələrdə mülk sahibinin xeyirinə qərar çıxarılsa da mənə qarşı bu cür ədalətsiz qərar çıxarıldı. Hər iki məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Məhkəməsinə müraciət etmişəm. Müvafiq orqanlardan xahiş edirəm ki, hər iki hakimin çıxardığı ədalətsiz qərarı ləğv etdirilməsinə mənə kömək etsinlər.

Vətəndaşın müraciəti ilə Məhkəmə-Hüquq Şurasına müraciət etdik.

Müraciətlə bağlı Məhkəmə-Hüquq Şurasının göndərdiyi məktubu oxuculara təqdim edirik:
Qəbələ Rayon Məhkəməsi ulu öndər Heydər Əliyevin qərarı ilə verilən torpağı vətəndaşa pulla satmağa çalışır - ŞOK İDDİA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2666   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr