"Kəlbəcərə qayıdış təkcə bir məskunlaşma deyil – bu, xalqımızın iradəsinin və mübarizliyinin ən parlaq göstəricisidir" - DEPUTAT

"Kəlbəcərə qayıdış təkcə bir məskunlaşma deyil – bu, xalqımızın iradəsinin və mübarizliyinin ən parlaq göstəricisidir" - DEPUTAT32 illik ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Bir vaxtlar çadırlarda, uşaq bağçalarında və uyğunlaşdırılmış binalarda məskunlaşmağa məcbur olan kəlbəcərlilər bu gün doğma yurda dönürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib və lazimi infrastruktur qurulub. Yaxın illərdə burada dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması nəzərdə tutulur. Bu, təkcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir.

Kəlbəcərin işğalı Azərbaycan üçün həm faciə, həm də strateji zərbə idi. Bundan sonra isə Ermənistan bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq danışıqlarda iştirak edirdi. Uzun illər davam edən nəticəsiz danışıqlar xalqın səbrini sınağa çəksə də, Azərbaycan heç vaxt işğalla barışmadı. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımız hər gün, hər saat Zəfər gününü yaxınlaşdırmaq əzmi ilə yaşadı.

44 günlük Vətən müharibəsi xalqımızın bir yumruq kimi birləşdiyini bütün dünyaya sübut etdi. Qəhrəman əsgər və zabitlərimiz canları, qanları bahasına torpaqlarımızı azad etdilər. Azərbaycan düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ermənistan ordusunda 12 min fərarinin olması onların acizliyini göstərirdi. Vətən müharibəsi başa çatdıqdan sonra Kəlbəcər işğal altında qalsa da, Azərbaycan diplomatik və hərbi gücü ilə düşməni təslim olmağa məcbur etdi. Ölkəmiz qarşı tərəfə əşyalarını yığıb köçmək üçün bir neçə gün vaxt verdi, halbuki işğal zamanı bu vaxt bizə tanınmamışdı. Kəlbəcərdə bir dənə də olsun salamat bina qalmamışdı. İşğalçılar şəhəri talan etmiş, küçələri yandırmış, məscidləri dağıtmışdılar. Çıxarılmaları üçün vaxt verilsə də, onlar bütün şəhəri viran qoyaraq tərk etdilər. Bu faciələr, Xocalı soyqırımı və digər vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Prezident İlham Əliyev bir daha vurğuladı: Azərbaycan heç vaxt keçmişini unutmayacaq və qalib xalq kimi o acı günləri daim yada salacaq.
Suverenliyimizin bərpası üçün sonuncu missiya bir gündən az müddətdə 2023-cü ilin sentyabrında həyata keçirildi və bununla da ərazi bütövlüyümüz tam təmin edildi. Bu gün regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnində Azərbaycanın maraqları qabarıq şəkildə əksini tapıb. Ən mühüm strateji nailiyyətlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının təmin edilməsidir. Prezidentin sözlərinə görə, yaxın illərdə həm avtomobil, həm də qatarla Naxçıvana birbaşa səfər mümkün olacaq. Zəngilana qədər dəmir yolunun inşası davam edir, Ermənistan isə öz ərazisində dəmir yolu çəkilməsini öhdəsinə götürüb. Zəngəzur dəhlizinin açılması, həm də Azərbaycanın regionu beynəlxalq nəqliyyat dəhlizinə çevirməsi, ölkəmizdən keçən mühüm strateji nəqliyyat bağlantılarından daha birinin işlək vəziyyətə gətirilməsi deməkdir.

Prezident İlham Əliyev çıxışında diqqəti bir mühüm məqama da yönəltdi: Ermənistanı dəstəkləyən qüvvələr işğal dövründə və müharibə zamanı daim Azərbaycanın qarşısını almağa çalışırdılar. Münaqişənin həllində mediator rolunu öz üzərinə götürən Rusiya, ABŞ və Avropanın bəzi ölkələri münaqişəni dondurmaq, işğalı unutdurmaq siyasəti aparır, Ermənistanı hər vəchlə dəstəkləyir, əksinə, silahlandırırdılar. Hesablamalardan məlum olur ki, bu müddət ərzində 5–6 milyard dollar dəyərində silahlar Ermənistana verilmişdir, hansı ki o, bunu almaq iqtidarında deyil. Əgər vaxtında real təzyiqlər olsaydı, bugünki Rusiya-Ukrayna müharibəsində Qərbin kollektiv səyləri, sanksiyalar, hədələr olsa idi, Ermənistan torpaqları sülh yolu ilə qaytarardı, heç bir itki də olmazdı. Lakin Azərbaycan bu ədalətsizlik qarşısında geri çəkilmədi və mübariz ruhu ilə haqq işini həyata keçirdi.

Azərbaycan xalqı 30 il ərzində bütün dünyaya göstərdi ki, işğalla barışmayacaq. 2020-ci ilin Zəfəri və ardınca həyata keçirilən uğurlu əməliyyatlar Azərbaycanın gücünü təsdiqlədi. Dövlət başçısının dediyi kimi, son 80 ildə dünyada heç bir ölkə Azərbaycan qədər tam və mütləq qələbə qazana bilməyib. Bu, yalnız hərbi qələbə deyil, həm də xalqın ləyaqətinin, dövlətin siyasi iradəsinin və beynəlxalq hüququn bərpasıdır.

Bu gün Azərbaycan yalnız qalib dövlət deyil, həm də regionda sülhün təminatçısıdır. Amma eyni zamanda hərbi gücünü daim artırır, çünki təhlükəsizliyimizin yeganə qarantı özümüzük. Təxribat törətmək istəyənlər bir daha xalqımızın əzmini və gücünü görəcəklər. Kəlbəcərə qayıdış təkcə bir məskunlaşma deyil – bu, xalqımızın iradəsinin, dözümünün və mübarizliyinin ən parlaq göstəricisidir.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 794   Tarix: 22 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr