Yetkinlik yaşına çatmayanların uşaq dünyaya gətirməsinin qarşısını necə alaq? - AÇIQLAMA

Yetkinlik yaşına çatmayanların uşaq dünyaya gətirməsinin qarşısını necə alaq? - AÇIQLAMA2024-cü ildə 16 yaşa qədər olan qadınlar tərəfindən doğulan uşaqların sayı 63 olub.

Bu, "Azərbaycan gəncləri" məcmuəsində qeyd edilib.

"Ötən il 16 yaşda olan qadınlar tərəfindən isə 218 doğum faktı qeydə alınıb", - məcmuədə bildirilir.

Bəs görəsən bu halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az -a açıqlama verib:

"Bu rəqəm təəssüf doğurur. Çünki bu, ailələrdə övladlarla münasibətin düzgün qurulmadığını göstərir. Valideynlər uşaqlara adekvat nəzarət edə bilmirlər. Bununla yanaşı, məktəblərin də üzərinə mühüm məsuliyyət düşür. Azyaşlıların davranışlarına və həyat tərzinə daha çox həssas yanaşmaq vacibdir.

Unutmaq olmaz ki, 16 yaşdan aşağı bir uşaq, dünyaya uşaq gətirə bilməz. Çünki bu yaşda yeniyetmə müstəqil şəkildə qərarvermə bacarığına tam sahib deyil. Burada valideynlərin məsuliyyəti ön plana çıxır. Deməli, ailədə psixoloji iqlim sağlam deyil, valideyn övladını nəzarətsiz buraxıb və nəticədə belə hallarla üzləşirik.

Lakin məsələ təkcə ailədə deyil. Məktəbdə də ciddi boşluqlar mövcuddur. Uşağın davranış trayektoriyası həm ailə, həm də məktəb tərəfindən izlənilməlidir. Valideynlərlə yanaşı, müəllimlər də diqqətli olsalar, şübhəsiz ki, bu kimi halların qarşısını almaq mümkün olar.

Ümid edirəm ki, səslənən statistika ailələri düşündürəcək. Valideynlər övladları ilə daha sağlam münasibət qurmalı, onları dinləməli və dəstəkləməlidirlər. Bu, sərt qaydaların tətbiqi demək deyil. Əksinə, ailədə yumşaq və səmimi mühit yaradılarsa, uşaq öz problemlərini valideyninə çəkinmədən danışa bilər. Bu isə onu səhvlərdən uzaqlaşdırar.

Eyni zamanda, məktəb psixoloqları da şagirdlərlə daha yaxın və səmimi münasibət qurmalı, onların psixoloji vəziyyətini izləməli və vaxtında dəstək göstərməlidirlər. Uşağın gələcəyi üçün ailə, məktəb və cəmiyyət birlikdə məsuliyyət daşıyır"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 917   Tarix: 28 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr