"İşsiz gənclər müxtəlif dini sektalar və xarici təsir dairələri tərəfindən asanlıqla manipulyasiya edilir" - AÇIQLAMA
Gənclər hər bir ölkənin inkişafında həlledici rol oynayır. Onların potensialından səmərəli istifadə etmək üçün dövlət müxtəlif sosial və iqtisadi təşəbbüslər həyata keçirir. Təhsil imkanlarının artırılması, iş yerlərinin yaradılması və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, gənclərin gələcək perspektivlərinin formalaşmasına mühüm təsir göstərir.
Bəs görəsən Azərbaycanda gənclərin işsizliyinin qarşını almaq üçün hansı addımlar atılır?
Bu barədə sosioloq Üzeyir Şəfiyev Sonxeber.az -a açıqlama verib:
"Azərbaycanda gənclər keyfiyyətli əhali fondunun əsas hissəsini təşkil edir. Onların məşğulluğu, təhsili, sağlamlığı və karyerası ilə bağlı müxtəlif dövlət proqramları mövcuddur. Hər il yüzlərlə gənc müxtəlif ixtisaslar üzrə xarici ali məktəblərə göndərilir, eyni zamanda gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün güzəştli mənzil fondu və digər sosial layihələr həyata keçirilir.
Hazırda ölkədə ümumi işsizlik səviyyəsi təqribən 5,6 faiz təşkil edir. Lakin gənclər arasında bu göstərici 11 faizdən yuxarıdır. Bu, yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunan tendensiyadır. Buna baxmayaraq, gənclərin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir və bu sahədə mühüm addımlar atılır.
İşsiz gənclərin müxtəlif dini sektalar və xarici təsir dairələri tərəfindən asanlıqla manipulyasiya edilə biləcəyi də nəzərə alınmalıdır. Ona görə də onların işlə təmin edilməsi strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, xüsusilə region gənclərinə dəstəyin artırılması vacibdir. Regionlarda iş yerlərinin yaradılması və pay torpaqlarının verilməsi həm gənclərin məşğulluğunu təmin edər, həm də paytaxta axının qarşısını alar.
Eyni zamanda təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi də əsas hədəflərdəndir. Beləliklə, gənclər xaricdə oxumağa deyil, ölkə daxilində təhsil almağa üstünlük verə bilərlər.
Nəticə etibarilə, hər bir dövlətin gücü onun keyfiyyətli insan kapitalı ilə ölçülür. Gənclərin məşğulluğu, sosial rifahı və gələcəyi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 783 Tarix: 08 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq. -a bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 14-də saat 10:00-dan etibarən rayonun Xırmandalı, Bəydili, Muğan, Yuxar
13 avqustİnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz
14 avqustSabah 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 15-i hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündü
14 avqustUşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir
Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb
14 avqustMaşınını park edib getmişdi, başına iş gəldi - Video
Bakıda yük avtomobilinin sürücüsünün ani ehtiyatsızlığı qəzaya səbəb olub. -a istinadən xəbər verir ki, hadisə Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəşisməsində qeydə alınıb. Belə ki, yük maşınının sürücüsü sağa dönmə əməliyyatını yerinə yetirərkən daşıdığı alçıpan yükü park halında olan "Hyundai"
15 avqustSabah çimərliklərdə hava şəraiti necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 14-ü çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt
13 avqustSabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - Video
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. " xəbər verir ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspre
13 avqustTovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib. Unikal-a istinadən xəbər verir ki, güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb. Qey
14 avqust