17 yaşlı gənc restoranda işə qəbul olunmadığı üçün ofisiantı güllələdi - VİDEO

17 yaşlı gənc restoranda işə qəbul olunmadığı üçün ofisiantı güllələdi - VİDEOAdanada restoranın işə qəbuluna müraciət edən 17 yaşlı A.K., mənfi cavab aldıqdan sonra əsəbiləşərək orada çalışan ofisiant Nizamettin Yapaya silahla atəş açıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Çukurova rayonunun Süleyman Dəmirəl bulvarında yerləşən restoranda, dünən saat 17:00 radələrində baş verib. İddiaya görə, bir müddət əvvəl restorana ofisiant kimi işə qəbul olunmaq üçün müraciət edən A.K., mənfi cavab aldıqdan sonra işçilərə qarşı kin bəsləməyə başlayıb.

Gənc, əlindəki sənədsiz silahla restorana gələrək Yapa ilə mübahisə edib və onun ayaqlarına atəş açıb. Yaralı Yapa qan içində yerə yıxılıb, şübhəli isə hadisə yerindən qaçıb.

Əraziyə çağırılan təcili tibbi yardım briqadası ilk müdaxilədən sonra 44 yaşlı Nizamettin Yapayı Adana Şəhər Təhsil və Tədqiqat Xəstəxanasına çatdırıb. Hadisədən qısa müddət sonra polis qrupları şübhəlini küçədə, istifadə etdiyi silahla birlikdə yaxalayıb.

A.K. polis idarəsindəki ifadəsindən sonra məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Müalicəsi tamamlanan Nizamettin Yapa isə xəstəxanadan evə buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 796   Tarix: 11 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO

Honq-Konqda bir qadın sifariş etdiyi mal əti ilə düyü əriştəsinin içindən canlı siçan balası çıxması ilə böyük şok yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Wah Sing Sənaye Binasında fəaliyyət göstərən Wa Jer Restaurant adlı restoranda baş verib. Qadın 44 Honq-Konq dollarına mal əti il

11 sentyabr
.

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin

11 sentyabr
.

Məsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO

İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric

9 sentyabr
.

Sürücülük vəsiqəsini 20 gün əvvəl almışdı: 18 yaşlı gənc motosiklet qəzasında öldü - VİDEO

Türkiyənin Antalya şəhərində motosiklet qəzası 18 yaşlı Mehmet Ege Sulanın həyatına son qoyub. Gəncin sürücülük vəsiqəsini cəmi 20 gün əvvəl aldığı məlum olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Muratpaşa rayonunun Kızılsaray məhəlləsində, Tonguç prospektinin Tonguç yeraltı keçidində gec

14 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə

12 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi

Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda

12 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr