30 yaşlı qadın doğuşdan sonra çay içdi, həyatı kabusa döndü
İngiltərədə yaşayan 30 yaşlı Karina Vayt (Karina Whyte) ikinci övladını dünyaya gətirdikdən cəmi 10 gün sonra gözlənilməz sağlamlıq problemi ilə üzləşib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, o, çay içərkən üzündə qəribə dəyişiklik hiss edib və əvvəlcə bunun allergik reaksiya olduğunu düşünüb. Lakin qısa müddət ərzində sol üz tərəfində hissiyyatın itməyə başlaması qadını xəstəxanaya getməyə vadar edib.
Həkim müayinəsi nəticəsində Karinaya üz iflici diaqnozu qoyulub. Mütəxəssislər bu vəziyyətin doğuş sonrası fiziki stres və immun sistemindəki dəyişikliklərlə bağlı ola biləcəyini bildiriblər. Gənc qadına 5 günlük kortizon müalicəsi tətbiq olunub, lakin üzünün sol tərəfindəki hərəkətsizlik tam bərpa olunmayıb.
Hazırda Vayt bəzi gündəlik vərdişlərini dəyişmək məcburiyyətində qalıb. O, gecələr göz qapağını tam bağlaya bilmədiyi üçün sol gözünü bantla bağlayaraq yatır. Həmçinin su və ya çay içərkən mayenin ağzından axmaması üçün dodaqlarını sıxmağa çalışır. "Bardağı ağzıma aparanda diqqətli olmalıyam, yoxsa hər yerə tökülür. Danışanda da səsim dəyişib, bir az peltek danışıram," – deyə o bildirib.
Karina Vayt, həm yeni doğulmuş körpəsinə, həm də yeriməyə başlayan böyük uşağına baxmaqla yanaşı, xəstəliyi ilə təkbaşına mübarizə aparır. Həyat yoldaşının dəstəyindən məhrum olan qadın bu vəziyyətin psixoloji cəhətdən onu çox yordğunu deyir:
"Onsuz da ana olmaq çətindir. Amma üzümün yarısını hiss etmədən, evdən çıxa bilmədən, danışmaqda çətinlik çəkərək uşaq böyütmək… bu, çox ağırdır," – deyə o qeyd edib.
Həkimlər Karinanın vəziyyətinin zamanla yaxşılaşa biləcəyini, lakin bunun üçün səbir və davamlı müalicə lazım olduğunu bildiriblər. Gənc ana isə nikbinliyini itirmir:
"Uşaqlarım üçün güclü olmalıyam. Gözümü bantlayıb yatmalı olsam da, heç vaxt təslim olmayacağam"
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 966 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabr