Azərbaycan Belarusa kələm tədarükünü bərpa edib

Azərbaycan Belarusa kələm tədarükünü bərpa edibBu ilin yanvar-iyul aylarında Azərbaycan 187 min ABŞ dolları dəyərində 225,1 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 71 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 125,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,5 dəfə çox) 166,9 ton (+8,4 dəfə), Rusiyaya 33,3 min ABŞ dolları dəyərində (-90 %) 37 ton (-95 %), Belarusa 14,2 min ABŞ dolları dəyərində 20,3 ton və Səudiyyə Ərəbistanına 13,7 min ABŞ dolları dəyərində 0,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Azərbaycan 2 il 1 aylıq aradan sonra Belarusa kələm tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 841 ton kələmin 97,5 %-i Rusiyanın payına düşüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 419   Tarix: 11 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1 aylıq körpə oksigen çatışmazlığından öldü

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Sabirabad rayon sakini 06.04.2026-cı il təvəllüdlü Miran Rəcəb oğlu Təhməzov Yasamal rayonunda yerləşən xəstəxanaların birində oksigen çatışmazlığından ölüb. Hadisə ilə bağlı araşdırma aparılır

7 may
.

Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığ

6 may
.

Dilənçiliklə məşğul olanlar cərimələnəcək

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu

6 may
.

Nazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib. -a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzr

7 may
.

Bu tarixdə universitetlərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Bu barədə -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelin

7 may
.

Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir

"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini

6 may
.

Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən aza

6 may
.

"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu

7 may
.

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"

7 may