Bütün pensiyalar ARTIRILACAQ - AÇIQLAMA
"Növbəti ildə bütün pensiyalar artacaq".
Bunu iqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında söyləyib.
O qeyd edib ki, bu artım kateqoriyadan asılı olaraq fərqli olacaq:
"Ölkəmizdə 1 milyon 103 min nəfər pensiyaçı var. Onların 65 faizi yaşa görə, 23 faizi əlilliyə görə, 12 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Gələn il bütün kateqoriyalara aid pensiyalarda artım olacaq, ancaq hər bir kateqoriya üzrə artım səviyyəsi eyni deyil. Məsələn, bu il orta aylıq pensiya 10 faiz artaraq 538 manata çatıb. Bu isə əvvəlki illə müqayisədə orta aylıq əmək haqqının 49 faizinə bərabərdir. Eyni zamanda, minimum pensiya məbləği bu ilin yanvarın 1-dən 320 manata qaldırılıb ki, bu da 14,3 faizlik artım deməkdir".
E.Əmirov qeyd edib ki, növbəti ildə artım pensiya məbləğlərinin indeksasiya edilməsi əsasında baş verəcək:
"Yəni hər il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılır. Deməli, gələn il əmək pensiyalarının nə qədər indeksləşəcəyi bu il orta aylıq nominal əmək haqqının artım tempindən asılı olacaq. Bu il həmin artım tempi təxminən 8-10 faiz civarındadır. Bu isə o deməkdir ki, növbəti ildə də pensiyaların 8-10 faiz həcmində indeksləşdirilməsi gözlənilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1393 Tarix: 12 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?
Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl
21 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabr