AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edirNoyabrın 20-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək.

Sonxeber.az AZAL-a istinadən xəbər verir ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.

Bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb.

Yeni qaydalara əsasən:

• Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;

• Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;

• Şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır - onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır;

• Yalnız zavod markalaması olan, nominal tutumu 100 vat/saatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir.

Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.

Sərnişinlərə tövsiyə olunub ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 599   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edən Vaşinqton görüşü

Azərbaycan heç vaxt indiki qədər güclü, beynəlxalq münasibətlər sistemində söz sahibi və nüfuzlu dövlət olmayıb. Son illər həyata keçirilən ardıcıl daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyə

10 avqust
.

Sabah çox güclü leysan yağacaq - hava PROQNOZU

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləy

10 avqust
.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

10 avqust
.

Kasko sığortası zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ

Avtomobillərin qiyməti, təmir xərcləri və yol-nəqliyyat hadisələrinin yaratdığı zərərlərin artması kasko sığortasının qiymətlərinə də təsir edən amillər sırasında göstərilir. Bu isə avtomobil sahiblərinin sığorta seçərkən yalnız ödəniləcək məbləğə deyil, müqavilənin əhatə dairəsinə və mümkün risklər

10 avqust
.

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 16:00-da qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 31 km olub. Zəlzələ hiss edilməyib

10 avqust
.

"Beynəlxalq mövqelərimizin güclənməsində Prezident İlham Əliyevin diplomatik fəaliyyəti mühüm rol oynayır" - David Seliverstov

Azərbaycanın xarici siyasəti son illərdə milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində həyata keçirilir. Bu siyasətdə Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və siyasi iradəsi mühüm rol oynayır. Azərbaycanın xaric

10 avqust
.

8 avqust - Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində yeni mərhələ

Bakı və Vaşinqton arasında əsası qoyulan dinamik tərəfdaşlıq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə rəsmiləşərək iki ölkə arasındakı diplomatik, hərbi və iqtisadi əlaqələrin yeni hüquqi-siyasi bazasını yaradıb. Cənubi Qafqazın geosiyasi mənzərəsi və Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlər

10 avqust
.

Cənubi Qafqazda sülh gündəliyinin yeni mərhələ

si. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənub

10 avqust
.

Vaşinqton görüşündə qəbul olunan qərarlar böyük perspektivlər

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan regionda sülh şəraitində yaşamağın tərəfdarıdır. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ili

10 avqust