Qayınata kürəkənini ürəyindən bıçaqladı - Həbs edildi
Aksarayın Paşacık məhəlləsində, 1652-ci küçədə bu gün səhər saat 10:30 radələrində dəhşət dolu anlar yaşanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 29 yaşlı Mahsun Tan həyat yoldaşı ilə yeni kiralyələdikləri evdə təmizlik apardığı vaxt qayınatası Mevlüt A. (52) ilə aralarında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib.
Dava zamanı Mevlüt A. kürəkənini ürək nahiyəsindən bıçaqlayıb. Qan içində yerə yıxılan Tan ağır yaralanıb. Hadisə ətraf sakinlərin mobil telefon kameraları ilə lentə alınıb. Xəbərdarlıq əsasında hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Mahsun Tan sinəsinə batmış bıçaqla birlikdə dərhal Aksaray Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Xəstəxanada onun sinəsindən 12 santimetrlik bıçaq çıxarılıb. Həkimlər Tanın vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisədən sonra Mevlüt A. polis tərəfindən həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 973 Tarix: 04 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabr