Üç uşağın can verdiyi yanğında ananın harda olduğu üzə çıxıb! - VİDEO
İstanbulun Pendik rayonunda iki mərtəbəli binanın giriş mərtəbəsində yerləşən mənzildə baş verən yanğın böyük faciəyə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı evdə olan 2 yaşlı Özden Sepetçi, 9 yaşlı Cennet Çelikkol və 5 yaşlı Zülfikar Sepetçi həyatını itirib, 11 yaşlı Muhammet Ali Çelikkol isə ağır yaralanıb. Yanğının, ana Selvi Sepetçinin qızını xəstəxanəyə apardığı vaxt baş verdiyi müəyyən edilib. Hadisə ilə bağlı İstanbul Valiliyi rəsmi açıqlama yayıb
İstanbul Valiliyinin hadisə ilə bağlı yazılı açıqlamasında deyilir:
"11.12.2025-ci il, saat 02:30 radələrində Pendik rayonunun Fevzi Çakmak məhəlləsində yerləşən bir mənzildə naməlum səbəbdən yanğın baş vermişdir. Əraziyə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadası göndərilmişdir. Yanğın nəzarətə alındıqdan sonra aparılan axtarış zamanı 1 nömrəli mənzildə huşsuz vəziyyətdə 4 uşaq tapılmışdır. Onlara ilkin tibbi yardım göstərilmiş, xəstəxanalara çatdırılmışdır.
Cennet Çelikkol (2016), Zülfikar Sepetçi (2020) və Özden Sepetçi (2023) bütün tibbi müdaxilələrə baxmayaraq həyatlarını itirmişlər. 2014 təvəllüdlü Muhammet Ali Çelikkolun müalicəsi reanimasiya şöbəsində davam edir.
İlkin araşdırmaya görə, uşaqların anası Selvi Sepetçi hadisə zamanı digər övladı Ela Nur Zurnacını müalicə üçün Kartal Tədris və Araşdırma Xəstəxanasına apardığı üçün evdə olmamışdır. Yanğının dəqiq səbəbi hazırlanan rəsmi ekspertiza hesabatı ilə müəyyən ediləcək. Hadisə ilə bağlı istintaq başladılıb"
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1075 Tarix: 11 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrQadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabr