Sevgilisinin keçmiş sevgilisini bıçaqlayraq öldürdü
Adananın Seyhan rayonunda baş verən qanlı hadisədə, keçmiş sevgilisini narahat etdiyi iddia edilən 19 yaşlı Murat İnanmaz gənc qadının yeni sevgilisi ilə yaranan dava zamanı bıçaqlanaraq həyatını itirib. Hadisə ilə əlaqədar 3 nəfər həbs olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Seyhan rayonuna bağlı Ova məhəlləsində 12 dekabr tarixində baş verib. Məlumata görə, Murat İnanmaz (19) keçmiş sevgilisi Y.S.-ni (19) mobil telefon vasitəsilə tez-tez narahat edib. Y.S. bu barədə yeni sevgilisi A.B.-yə (19) məlumat verib. Bundan sonra A.B. Murat İnanmazla görüşmək istədiyini bildirib. Y.S. isə danışmaq məqsədilə İnanmazı göndərdiyi ünvana dəvət edib.
Göstərilən ünvana gələn Murat İnanmaz Y.S. ilə birlikdə A.B.-nin onu gözlədiyini görüb. Tərəflər arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı A.B. Murat İnanmazı bədəninin 10 müxtəlif yerindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Baş verənlər ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Həkimlər Murat İnanmazın hadisə yerində həyatını itirdiyini müəyyən ediblər. Asayiş Şöbəsinin Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən aparılan araşdırma zamanı S.Ç.-nin (18) şübhəli A.B.-nin gizlənməsinə kömək etdiyi məlum olub.
Polis əməkdaşları A.B.-nin Sarıçam rayonunun Gültepe məhəlləsində bir binada gizləndiyini müəyyən edərək əməliyyat keçirib. Polisi görən A.B. qaçmaq məqsədilə 5-ci mərtəbədəki mənzilin balkonundan 4-cü mərtəbəyə tullanıb. Bu anlar mobil telefon kamerası ilə də qeydə alınıb. Şübhəli tullanaraq daxil olduğu mənzildə yaxalanıb. A.B. ilə birlikdə sevgilisi Y.S. və dostu S.Ç. də saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 825 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabr