Dağda qalan kişi 4 gün sonra xilas edildi: "Ulduzlara baxacaqdım, darıxmışdım" - VİDEO
Antalyanın Konyaaltı rayonuna bağlı Çakırlar məhəlləsində, təxminən 800 metr yüksəklikdəki dağın 650-ci metrində dağda qalan 29 yaşlı Samet Kara 4 gün sonra xilas edilib. b.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bazar ertəsi gecəsi dağlıq ərazidən bir şəxsin qışqıraraq kömək istədiyini eşidən yaxınlıqdakı qum ocağında çalışan işçilər ətrafı yoxlayıblar. Təhlükəsizlik əməkdaşları səsin sərt qayalıqların olduğu dağlıq sahədən gəldiyini müəyyən etsələr də, öz imkanları ilə apardıqları axtarış nəticəsiz qalıb. Növbəti gün səhər saatlarında isə yenidən kömək çağırışı eşidildikdən sonra vəziyyət 112 Təcili Çağrı Mərkəzinə bildirilib.
Eyni zamanda ərazidə yaşayan bir vətəndaşın dağlıq sahədə bir nəfəri gördüyü və onun əl yellədiyi barədə verdiyi məlumatdan sonra hadisə yerinə Jandarma Komando Axtarış-Xilasetmə qrupu (JAK) və AFAD əməkdaşları cəlb olunub. AFAD qrupları verilən koordinatlar əsasında termal və infraqırmızı kameralı dronlarla axtarış aparıb.
Axtarış zamanı gəncin yeri müəyyən edilib. Qayalar arasında kiçik bir oyuqda sığındığı və xeyli halsız olduğu müşahidə olunan Samet Kara, onu xilas etməyə gələn AFAD-ın dronuna əl yelləyərək sevincini ifadə edib. Xilas edilən gəncin səhhətinin nəzarət altına alındığı bildirilib.
Kara, dağa çıxma səbəbini soruşduqda isə "Ulduzlara baxacaqdım. Çox darıxmışdım" cavabını verib. Əraziyə hazır vəziyyətdə gələn tibbi heyət tərəfindən yoxlanışdan keçirilən gənc, sonra tədbir məqsədilə xəstəxanaya aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 857 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabr