Əhaliyə XƏBƏRDARLIQ - Bayram günlərində gözlənilir

Əhaliyə XƏBƏRDARLIQ - Bayram günlərində gözlənilirDekabrın 8-dən bəri Günəşdə müşahidə olunan ən güclü alışma qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama yayıb.

Bildirilib ki, səhər saatlarında Günəşin şərq kənarında M5.1 səviyyəli əsas alışma baş verib. Alışmanın gücü maksimal X sinfinin təxminən yarısına bərabər olub. Pik radiasiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb.

Alimlərin fikrincə, Günəş aktivliyinin əsas zirvəsi Yeni il bayramları dövrünə təsadüf edə bilər. Lakin hazırkı mərhələdə maqnit qasırğalarının və parlaq qütb işıqlarının yaranma ehtimalı aşağı qiymətləndirilir. Buna səbəb aktiv Günəş bölgələrinin Yer-Günəş xəttindən xeyli kənarda yerləşməsidir.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə əsasən A, B, C, M və X olmaqla beş sinfə bölünür. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovat radiasiya gücünə uyğun gəlir. Hər növbəti kateqoriyaya keçid zamanı bu göstərici 10 dəfə artır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 13199   Tarix: 27 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadıldı

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb. APA xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Sale

19 mart
.

Valideynlərindən gizli sürdükləri maşında ölən yeniyetmə qardaşların - Fotoları

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri - 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəva

20 mart
.

Sabahın hava proqnozu

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duma

19 mart
.

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir. -ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün"dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sır

20 mart
.

Qaradağ RİH-də iclas - məmurlara xəbərdarlıq edildi

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakir

19 mart
.

Həcc ziyarəti üzrə kvota tamamlanıb?

Həcc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamış qalır. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 91 faizi artıq tamamlanıb

20 mart
.

Beynəlxalq Novruz Günüdür

Bu gün Beynəlxalq Novruz Günüdür. "Qafqazinfo" xəbər verir ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. "Yeni gün" mənası verən Novru

21 mart
.

Yola çıxanların NƏZƏRİNƏ - Bu yollarda TIXAC VAR

Bakıda sıxlıq olan yollar açıqlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Məlumata görə, hazırda. 1. Heydər Əliyev prospekti, əsas yol, hər iki istiqamətdə;. 2. Heydər Əliyev prospekti, köməkçi yol, hər iki istiqamətdə;. 3. Bakı-Sumqayı

19 mart
.

"Bakcell" rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

İnnovasiya lideri "Bakcell" Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. "Bakcell"in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər. Səfərlər zamanı abunəçilərin üstünlü

19 mart