"Azərbaycanın dünya birliyinə inteqrasiyası sistemli və strateji xarakter daşıyır" - Bəhruz Quliyev
"Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirmək istiqamətində atılan addımlar sistemli, ardıcıl və strateji xarakter daşıyır. Bu siyasətin mərkəzində milli maraqların qorunması, regional sabitliyin möhkəmləndirilməsi və qlobal əməkdaşlıq platformalarında ölkəmizin mövqelərinin daha da gücləndirilməsi dayanır".
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan həm region ölkələri, həm də beynəlxalq aktorlarla münasibətlərdə balanslaşdırılmış və praqmatik xarici siyasət kursunu uğurla davam etdirir:
"Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın genişləndirilməsi, Qoşulmama Hərəkatında liderlik missiyasının dərinləşdirilməsi, Avropa İttifaqı ilə enerji, nəqliyyat və "yaşıl keçid" sahələrində əməkdaşlıq, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və BMT platformalarında fəal mövqe Azərbaycanın çoxşaxəli diplomatiyasının real göstəriciləridir.
Prioritet istiqamətlər sırasında enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələri xüsusi yer tutur. Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və bərpa olunan enerji layihələri Azərbaycanı artıq təkcə regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi təqdim edir. Bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji inteqrasiyanın əsas sütunları hesab olunur.
Bəhruz Quliyev vurğulayıb ki, qanunvericilik müstəvisində beynəlxalq öhdəliklərə uyğunlaşdırılmış islahatlar da diqqət mərkəzində saxlanılır:
"Ticarət, investisiya mühiti, gömrük, enerji, rəqəmsal iqtisadiyyat və ekoloji təhlükəsizlik sahələrində qəbul edilən və yenilənən qanunlar Azərbaycanın beynəlxalq standartlara uyğunluğunu artırır. Bu isə ölkəyə xarici investisiyaların cəlb olunmasını və beynəlxalq bazarlara inteqrasiyanı sürətləndirən mühüm amillərdəndir.
Bu prosesdə Milli Məclisin rolu xüsusi vurğulanmalıdır. Parlament beynəlxalq müqavilələrin ratifikasiyası, xarici parlamentlərlə əlaqələrin genişləndirilməsi, parlament diplomatiyasının gücləndirilməsi və qanunvericilik təşəbbüsləri vasitəsilə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsində fəal iştirak edir. Deputatların beynəlxalq təşkilatlar və assambleyalarda nümayiş etdirdiyi prinsipial mövqe ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Azərbaycanın dünya birliyinə inteqrasiyası düşünülmüş strateji yol xəritəsi əsasında həyata keçirilir. Bu siyasət dövlət başçısının siyasi iradəsi, icra strukturlarının koordinasiyalı fəaliyyəti və parlamentin qanunvericilik dəstəyi ilə vahid mexanizm kimi işləyir. Məhz bu yanaşma Azərbaycanın regional gücdən qlobal etibarlı tərəfdaşa çevrilməsini təmin edir", - deyə Bəhruz Quliyev əlavə edib.
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...