"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu birliyin ideoloji təcəssümüdür" - DEPUTAT

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu birliyin ideoloji təcəssümüdür" - DEPUTAT"Müasir dövrdə milli güc anlayışı yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Qlobal miqyasda yaşayan diasporun təşkilatlanma səviyyəsi, milli ideologiyaya bağlılığı və dövlətlə əlaqələrinin möhkəmliyi də mühüm amillər sırasındadır. Bu baxımdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan dövlətinin diaspor siyasətinin ideoloji əsasını və strateji hədəflərini əks etdirən mühüm rəmzdir. Bu bayramın yaranması tarixi zərurətdən doğmuşdur", - bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"XX əsrdə müharibələr, deportasiyalar, siyasi repressiyalar nəticəsində milyonlarla azərbaycanlı tarixi torpaqlarından didərgin düşmüş, dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır. Uzun illər sovet ideologiyası milli birliyin formalaşmasına mane olmuş, azərbaycanlıların diaspor potensialı pərakəndə vəziyyətdə qalmışdır. Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edilmişdir. Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı milli ideologiyanın əsas şüarına çevrilmişdir. Bu fikir təkcə emosional çağırış deyil, milli kimliyin qorunması və təbliği üçün güclü ideoloji platformadır. Həmrəylik Günü məhz bu platforma üzərində qurularaq dünya azərbaycanlılarını vahid milli mənsubiyyət ətrafında birləşdirmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan diasporunun formalaşdırılması məqsədyönlü dövlət siyasətinə çevrilmişdir. 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı bu siyasətin başlanğıc nöqtəsi oldu. Qurultay xaricdə yaşayan soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, təşkilatlanmanın sürətlənməsinə və Azərbaycan dövlətinə bağlılığın artmasına mühüm təkan verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi, "Diaspor fəaliyyətində xidmətə görə" medalının müəyyən edilməsi dövlətin diaspor quruculuğuna verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Bu gün 50 milyondan artıq azərbaycanlını əhatə edən diaspor şəbəkəsi artıq təkcə mədəni birlik deyil, təsirli ictimai-siyasi qüvvə kimi çıxış edir. Həmrəylik Günü diasporumuzun lobbi potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. ABŞ, Avropa və digər regionlarda Azərbaycan icmaları erməni lobbilərinin dezinformasiya kampaniyalarına qarşı mütəşəkkil mübarizə aparır, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Xüsusilə Vətən müharibəsi zamanı bu fəaliyyət milli maraqların müdafiəsində həlledici rol oynadı. "Bir millət, iki dövlət" prinsipi əsasında Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı isə Həmrəylik Gününün regional və qlobal miqyasını daha da genişləndirmişdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində diaspor üzrə birgə fəaliyyət planlarının qəbul edilməsi türk dünyasının birliyinə yeni impuls vermişdir. 2022-ci ildə Şuşada keçirilən Zəfər Qurultayı Həmrəylik Gününün məntiqi davamı kimi tarixə düşmüşdür. Azad edilmiş torpaqlarda keçirilən bu möhtəşəm toplantı sübut etdi ki, dünya azərbaycanlıları yalnız keçmişin xatirələri ilə deyil, qələbə ilə, güclü dövlətlə və parlaq gələcəklə birləşirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Dəmir yumruq" bu gün təkcə hərbi gücün deyil, milli birliyin və həmrəyliyin rəmzidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu birliyin ideoloji təcəssümüdür. Nəticə etibarilə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan diasporunun təşkilatlanmasında, milli ideologiyanın qorunmasında və qlobal miqyasda milli maraqların müdafiəsində müstəsna rol oynayır. Bu gün sübut edir ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün bir Vətən var - müstəqil, güclü və qalib Azərbaycan".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 729   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr