"Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi ideoloji xətt kimi önə çıxıb" - DEPUTAT

"Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi ideoloji xətt kimi önə çıxıb" - DEPUTAT"Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı müasir Azərbaycan dövlətinin idmana yanaşmasının fəlsəfəsini, strateji məqsədlərini və uzunmüddətli baxışını əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər", - bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Bu çıxışda idman yalnız yarış və nəticələr kontekstində deyil, milli inkişaf, gənclər siyasəti, beynəlxalq imic və sosial rifah prizmasından təqdim olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, 2025-ci il ərzində Azərbaycan idmançıları beynəlxalq arenalarda misilsiz uğurlar qazanmış, 2000-dən artıq medal əldə etmişlər. Bu göstəricilər ölkəmizin idman tarixində rekord səviyyəyə çatmışdır. Xüsusilə 600-dən çox qızıl medalın qazanılması idman məktəblərinin, federasiyaların və məşqçi heyətinin peşəkarlığını nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu nailiyyətlər təsadüfi deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Azərbaycanda idmanın inkişafı dövlət xətti ilə həyata keçirilən proqramlara əsaslanır. Son illər ərzində ölkənin bütün bölgələrində müasir idman infrastrukturu formalaşdırılmışdır. Gəncə və Yevlax Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə yaradılan imkanlar daha da genişlənmişdir. Bu, regionlarda yaşayan gənclərin idmana cəlb olunmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Prezident çıxışında sağlam gənc nəslin yetişdirilməsini dövlət siyasətinin əsas məqsədlərindən biri kimi təqdim etmişdir. Sağlam gənclik olmadan nə idman uğurlarını, nə də ümumilikdə cəmiyyətin davamlı inkişafını təmin etmək mümkündür. Uşaqlıqdan idmana marağın artırılması gənclərin həm fiziki, həm də psixoloji inkişafında mühüm rol oynayır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi ideoloji xətt kimi önə çıxmışdır. Dövlət başçısı qeyd etmişdir ki, gənclər Vətən sevgisi ilə böyüməli, milli maraqları hər şeydən üstün tutmalıdırlar. Bu baxımdan idman gənclərin milli kimliyinin formalaşmasında mühüm vasitədir. İdman meydanlarında əldə edilən qələbələr milli qürur hissini gücləndirir və cəmiyyətdə həmrəylik yaradır. Son beş il ərzində Azərbaycanın Dövlət Bayrağının beynəlxalq arenalarda qürurla dalğalanması, xüsusilə 2020-ci ildə qazanılmış şanlı Zəfərin ideoloji davamı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idmançılar artıq müzəffər xalqın nümayəndələri kimi çıxış edirlər və bu status onların məsuliyyətini daha da artırır. MDB ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin regional və beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirmişdir. Yarışların müxtəlif şəhərlərdə təşkil olunması Azərbaycanın infrastruktur potensialını nümayiş etdirmiş, Xankəndidə yarışların keçirilməsi isə xüsusi rəmzi məna daşımışdır. Azərbaycan idmançıları bu Oyunlarda yüksək nəticə göstərərək komanda hesabında ikinci yerə layiq görülmüşdür.

2025-ci ildə Bakıda keçirilmiş UFC beynəlxalq turniri və Formula 1 yarışı Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da gücləndirmişdir. Xüsusilə Formula 1 yarışlarından sonra ölkəyə turist axınının 20 faiz artması idmanın iqtisadi və turizm potensialını aydın şəkildə göstərir. Dünya auditoriyasının yarım milyarda çatması bu yarışların informasiya gücünü nümayiş etdirir. Qış idman növlərinin inkişafı çərçivəsində Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycanın yeni idman mərhələsinə keçidinin göstəricisidir. Bu layihə regionda məşğulluğun artmasına və turizm sektorunun genişlənməsinə ciddi töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı şəhərinin "Dünyanın İdman Paytaxtı" seçilməsi Azərbaycanın idman sahəsində gördüyü işlərə verilən beynəlxalq etimadın ifadəsidir. Bu adın ləyaqətlə qorunması və idmançıların dövlət tərəfindən daim dəstəklənməsi Azərbaycan idmanının gələcək uğurlarının əsas təminatıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 879   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr