Qazaxda yanacaqdaşıyan avtomobildə ölümlə nəticələnən yanğınla bağlı rəsmi AÇIQLAMA
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə baş verən yanğının bəzi təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a "SOCAR Petrolium" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Afaq Rza məlumat verib.
O bildirib ki, "SOCAR Petrolium" QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayış yanacaqdaşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.
16:06
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobilin yanması nəticəsində bir nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Yanvarın 7-si sat 13:30-da Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan bir nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1994-cü il təvəllüdlü şəxsə hər iki əlinin ikincidərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta-stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", -məlumatda qeyd olunub.
14:51
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğında ölən şəxsin kimliyi məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ölən şəxs Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovdur.
O, Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış nəticəsində dünyasını dəyişib.
Hazırda ölüm faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs süzücü-doldurucu vəzifəsində işləyib.
14:15
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
"Yanacaqdaşıyan avtomobildə baş verən yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub", - məlumatda qeyd edilib.
13:59
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...