"Şübhəli şəxs saxlanılarkən vətəndaşın bilməli olduğu əsas hüquqlar hansılardır?" - AÇIQLAMA
Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan saxlanılmalarla bağlı ictimai maraq artıb. Bir çox vətəndaş saxlanılma zamanı hansı hüquqlara malik olduğunu bilmədiyi üçün sonradan ciddi hüquqi problemlərlə üzləşir.
Mütəxəssislər bildirir ki, şübhəli şəxs kimi saxlanılan hər bir vətəndaşın hüquqları Azərbaycan qanunvericiliyi ilə açıq şəkildə qorunur və bu hüquqların bilinməsi özünümüdafiə baxımından həyati əhəmiyyət daşıyır.
Bəs görəsən şübhəli şəxs saxlanılarkən vətəndaşın biməli olduğu əsas hüquqlar hansılardır?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Saxlanılma zamanı emosional davranmaq əvəzinə, vətəndaş öz hüquqlarını bilməli, vəkil tələbində israrlı olmalı və hüquqi məsləhət almadan heç bir ifadə verməməlidir. Hüquqlarını bilən vətəndaş hüquqi prosesdə daha güclü mövqeyə sahib olur.
Şübhəli şəxs saxlanılarkən vətəndaşın əsas hüquqları Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi (CPM) və beynəlxalq hüquq normaları ilə tənzimlənir. Bu hüquqların pozulması əldə edilən sübutların etibarsız sayılmasına və məsul şəxslər barəsində hüquqi tədbirlərin görülməsinə səbəb ola bilər.
1. Saxlanılmanın səbəbini bilmək hüququ
CPM-in tələblərinə əsasən, şəxs saxlanılarkən ona saxlanılma səbəbi və hansı cinayətdə şübhəli bilindiyi dərhal izah edilməlidir. Bu məlumat verilmədən saxlanılma qanunsuz hesab olunur.
2. Susmaq hüququ
Şübhəli şəxs öz əleyhinə ifadə verməmək və susmaq hüququna malikdir. Bu hüquq Konstitusiyanın əsas prinsiplərindən biridir. Susmaq heç bir halda şəxsin günahının sübutu kimi qiymətləndirilə bilməz.
3. Vəkil təminatı hüququ
Saxlanılan şəxs ilk andan vəkilin köməyindən istifadə etmək hüququna malikdir. Maddi imkanı olmadıqda, dövlət hesabına vəkil təyin edilməlidir. Vəkilsiz alınan ifadələr məhkəmədə etibarsız sayılır.
4. Yaxınlarına məlumat verilməsi hüququ
Qanunvericiliyə görə, saxlanılan şəxsin yaxın qohumlarından birinə və ya digər etibarlı şəxsə saxlanılması barədə məlumat verilməlidir. Bu hüquq yalnız istisna hallarda və məhdud müddətə təxirə salına bilər.
5. Fiziki və psixoloji təzyiqdən qorunma hüququ
Saxlanılan şəxsə qarşı işgəncə, zor tətbiqi, təhdid və ya psixoloji təzyiq qəti qadağandır. Bu cür hallar aşkar edilərsə, məsul şəxslər cinayət məsuliyyəti daşıyır.
6. Saxlanılma müddətinin məhdudluğu
Şəxs məhkəmə qərarı olmadan qanunla müəyyən edilmiş müddətdən artıq saxlanıla bilməz. Bu müddət pozularsa, saxlanılma qanunsuz hesab olunur.
7. Tibbi yardım almaq hüququ
Saxlanılan şəxsin səhhətində problem varsa, o, dərhal tibbi müayinə və yardım tələb etmək hüququna malikdir. Bu hüquq da məhdudlaşdırıla bilməz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...