"KFC"nin Nizami küçəsindəki filialında anti-sanitar vəziyyət… Müştərilər imtina edir - Foto

"KFC"nin Nizami küçəsindəki filialında anti-sanitar vəziyyət… Müştərilər imtina edir - FotoMəşhur restoranlar şəbəkəsi olan "KFC"nin Nizami keçəsində yerləşən (Tarqovı) filialından kəskin antisanitariya - kanalizasiya qoxusunun gəldiyi bildirilir.

Tribuna.az yazır ki, bu barədə sosial şəbəkələrdə sözügedən restorana gedən müştərilər yazıb. Məhz bu səbəbdən sanitar və gigiyenik normalara riayət edilmədiyi üçün müştərilər kütləvi olaraq "KFC"dən imtina etməyə başlayıblar. Müştərilərin bəziləri isə bildirib ki, təkcə filialdan deyil, bu şəbəkənin yeməklərindən də pis qoxu gəlir.
Oxucuların şikayətinə görə, sözügedən filialdan davamlı olaraq kəskin kanalizasiya qoxusu gəlir. İddialara əsasən, problem qısa müddətli deyil və uzun zamandır davam edir.

Paytaxtın ən çox ziyarət edilən və turistlərin sıx olduğu ərazilərindən birində fəaliyyət göstərən ictimai iaşə obyektində bu cür vəziyyətin hökm sürməsi həm sanitariya normalarına, həm də istehlakçı hüquqlarına ziddir.

Müştəri Emin Məmmədov bildirib ki, bu şəbəkənin yeməklərindən də eyni qoxu gəlir:

"KFC-nin toyuq budlarından da həmin iy gəlir".

Orxan Xankişiyev də restoranın sözügedən filialından pis qoxu gəldiyini təsdiqləyib:
"Axırıncı dəfə ailəvi getmişdik ora. Sifariş götürüb çıxdıq ordam. Biabırçı iy var idi. Özlərinə də yazmışdım".

Nicat Fikrətoğlu da "KFC"nin bərbad xidmətindən şikayət edib:

"Ümumiyyətlə, bu "KFC Azerbaijan"ın hər filialı müxtəlif xidmət verir. Ən bərbadı da Əhmədli filialıdır. Toyuqları ya çiy olur, ya da soyuq. Tarqovı filialından isə doğurdan bərbad iy gəlir. Həm də xidmətləri çox zəifdi".

Yaranmış problem və müştəri şikayətlərini nəzərə alaraq "KFC" restoranlar şəbəkəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı. Restoranın səsləndirilən iddialarla bağlı mövqeyini işıqlandırmağa hazırıq.
"KFC"nin Nizami küçəsindəki filialında anti-sanitar vəziyyət… Müştərilər imtina edir - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 673   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr