"Trampın bu çıxışı bir neçə vacib aspekti özündə birləşdirir" - AÇIQLAMA
"Trampın bu çıxışı bir neçə vacib aspekti özündə birləşdirir. Prezident İranda etirazçıların öldürülməsinə qarşı hərbi zərbələr də daxil olmaqla müxtəlif variantları nəzərdən keçirməkdədir. Tramp daha əvvəl bildirmişdi ki, əgər İran dinc etirazçıları öldürərsə, ABŞ onların köməyinə gələcək".
Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, bu çıxışın arxasında bir neçə məqsəd dayanır:
"Birincisi, prezident İranda iqtisadi böhrandan başlayan və sonradan hakimiyyətə meydan oxumağa çevrilən etirazlara açıq dəstək verir. İnsan haqları təşkilatları bildirir ki, iki həftəlik etirazlar zamanı ən azı 538 nəfər həlak olub. İkincisi, Tramp İran rejiminə təzyiq göstərərək etirazçılara qarşı zorakılıqdan çəkinməsini tələb edir.
Eyni zamanda, bu ifadələr çox risklidir. İran parlamentinin sədri bildirib ki, ABŞ-ın müdaxiləsi olduğu təqdirdə regiondakı bütün Amerika bazaları və qüvvələri qanuni hədəf olacaq. Bəzi amerikalı siyasətçilər də narahatlıqlarını ifadə edirlər. Senator Tim Keyn hesab edir ki, hazırda İrana hərbi müdaxilə böyük səhv olar və bu, rejimə öz uğursuzluqlarını ABŞ-ın üzərinə atmaq imkanı verər.
Trampın bu ritorikası həm etirazçılara psixoloji dəstək, həm də İran rəhbərliyinə xəbərdarlıq rolunu oynayır, lakin hər hansı konkret hərbi əməliyyatın həyata keçiriləcəyinə dair aydınlıq yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 748 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr