Leyla Əliyevanın Efiopiya səfərindən maraqlı - Fotolar

Leyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib.

Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, oriyentasiya və hərəkətlilik, həyat bacarıqları və musiqi, əl işləri, kompüter istifadəsi üzrə təlimlər keçirlər. Akademik öyrənməni praktiki bacarıqlarla birləşdirərək, Berhan Gözdən Əlillər üçün İnternat Məktəbi şagirdləri ali təhsildə uğur qazanmağa və cəmiyyətdə müstəqil, məhsuldar həyata hazırlaşmağa imkan verir.

*

Sonra Leyla Əliyeva "Lenegewa" Qadınların Reabilitasiya və Bacarıqların İnkişafı Mərkəzində olub.

Bildirilib ki, Əddis-Əbəbə şəhərinin meri xanım Adaneç Abiebenin təşəbbüsü ilə tikilən mərkəzin fəaliyyəti səfil həyatı ilə üzləşən və insan alverinin qurbanı olan minə yaxın qadının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Kompleks yanaşma prinsipi ilə fəaliyyət göstərən mərkəz 13 binadan ibarətdir. Buraya müasir sinif otaqları, yataqxanalar, peşə təlimi mərkəzləri, emalatxanalar, həmçinin psixoloji və tibbi yardım şöbələri daxildir.

Bildirilib ki, müəssisəyə qəbul edilən həssas təbəqədən olan qadınlar gələcəkdə işə düzəlmək üçün zəruri bacarıqlarla təmin edən 3-6 aylıq intensiv təlim proqramlarına cəlb olunurlar.

Onların potensialını maksimum səviyyədə istifadə etmələri üçün kompüter savadlılığı, tekstil və tikiş, elektronika, gözəllik xidmətləri, tədbirlərin təşkili üçün qida xidmətləri və digər istiqamətlər üzrə kurslar təklif olunur.

*

Leyla Əliyeva, həmçinin Efiopiyanın Milli Sarayı ilə tanış olub.

Saray bu ölkənin monarxlarının mirasını və xalqın sarsılmaz ruhunu təcəssüm etdirir. Sarayın tarixi, əsrlər boyu ölkəni formalaşdıran hakimiyyət, ənənə və müasirlik hekayələri ilə sıx bağlıdır. 1955-ci ildə imperator Hayle Selassienin gümüş yubileyini qeyd etmək üçün inşa edilən saray ona həyat yoldaşı Menen Asfav tərəfindən hədiyyə edilib. İtalyan memar Raffaele Petrone tərəfindən layihələndirilən bina yerli memarlıq motivlərini beynəlxalq üslublarla birləşdirərək ölkənin mədəni müxtəlifliyini və qlobal əlaqələrini əks etdirir.

Muzeydə imperatorun zəngin avtomobil kolleksiyası, həmçinin fəvvarələr, heykəllər və sıx yaşıllıqlarla bəzədilmiş saray kompleksi nümayiş etdirilir.

Leyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - FotolarLeyla Əliyevanın Efiopiya səfərindən maraqlı - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1150   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr