"20 Yanvar - Ümumxalq Hüzn Günü Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günüdür" - DEPUTAT

"20 Yanvar - Ümumxalq Hüzn Günü Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günüdür" - DEPUTAT"Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsi XX əsrin ən qanlı və eyni zamanda ən şərəfli səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı şəhərində və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz nəticəsində yüzlərlə günahsız insan amansızlıqla qətlə yetirilmiş, minlərlə şəxs yaralanmışdır. Bu faciə Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin qanlı, lakin qürurverici mərhələsi kimi tarixə düşmüşdür".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, 20 Yanvar faciəsi təkcə böyük bir hüzn günü deyil, eyni zamanda Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq əzminin parlaq təzahürüdür:

"Hələ 1980-ci illərin sonlarında SSRİ-də baş verən ictimai-siyasi proseslər, milli azadlıq hərəkatlarının güclənməsi və Azərbaycan xalqının öz müqəddəratını təyin etmək istəyi mərkəzi sovet hakimiyyətini ciddi narahat edirdi. Xalqın legitim tələblərini dinc yollarla ifadə etməsinə baxmayaraq, totalitar rejim bu istəklərə zorakılıqla cavab vermiş, Bakıya və digər şəhərlərə fövqəladə vəziyyət elan edilmədən çoxsaylı hərbi qüvvələr yeridilmişdir.
Sovet ordusunun tanklar, zirehli texnika və ağır silahlarla həyata keçirdiyi əməliyyatlar nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə günahsız insanlar qətlə yetirilmişdir. Bu hadisələr beynəlxalq hüququn, insan haqlarının və humanitar dəyərlərin kobud şəkildə pozulması idi.
20 Yanvar faciəsi təkcə böyük bir hüzn günü deyil, eyni zamanda Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq əzminin parlaq təzahürüdür. Həmin qanlı gecədə xalq öz haqq səsini susdurmağa çalışan imperiya siyasətinə qarşı əyilməmiş, müstəqillik yolundan geri çəkilməmişdir.
20 Yanvar hadisələrinə ilk dəfə açıq və qəti siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək, sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti kəskin şəkildə pisləmiş və hadisəyə hüquqi-siyasi qiymət vermişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Daha sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin qəbul etdiyi Qərarda, o cümlədən 20 yanvar faciəsinin günahkarları konkret qeyd olunmuşdur və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırılmışdır.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı təsis edildi. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Bu gün də həmin Fəxri adla təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər.
Ümummilli Lider Heydər Əliyevdən sonra onun siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Bundan başqa, Prezident İlham Əliyevin "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də ödənilir.
Beləliklə, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən hər il dərin ehtiramla yad edilir. Şəhidlər Xiyabanı milli müqəddəslik məkanına çevrilmiş, azadlıq uğrunda canından keçənlərin əziz xatirəsi daim uca tutulmuşdur. Bu gün Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərir, onların sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
20 Yanvar - Ümumxalq Hüzn Günü Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günüdür. Bu gün biz azadlıq yolunda şəhid olmuş həmvətənlərimizi dərin hüzn və ehtiramla anır, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. 20 Yanvar şəhidlərinin qanı bahasına əldə edilən müstəqillik bu gün güclü, suveren və qalib Azərbaycanın əsas dayaqlarından biridir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 781   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr