"Qarabağ"ın futbolçusu İngiltərəyə transfer olunmaq istəyir

"Qarabağ"ın futbolçusu İngiltərəyə transfer olunmaq istəyir"Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Nyukasl"a qarşı oyunlarda ümumən 9 qol buraxmasına baxmayaraq, baş məşqçi Eddi Hauna transfer çağırışı edib.

Sonxeber.az qol.az-a istinadən xəbər verir ki, bu haqda İngiltərənin nüfuzlu "The Sun" qəzeti yazır.

Qəzetin yazdığına görə, Mateuş Koxalski "Nyukasl"la oyunlardan sonra Eddi Hauna onu transfer etməsi ilə bağlı açıq mesaj göndərib və bunu özü də müsahibəsindən etiraf edib.

Yazıda qeyd edilir ki, 25 yaşlı polşalı qolkiper "Nyukasl"ın hücumçusu Entoni Qordonun da rəğbətini qazanıb.

Koxalski ötən həftə Bakıda keçirilən Çempionlar Liqası oyununda komandasının doğma meydanda 1:6 hesablı ağır məğlubiyyətinə baxmayaraq, Azərbaycan təmsilçisinin ən yaxşı oyunçularından biri olub. O, həmin görüşdə 8 seyv etsə də, çərşənbə axşamı keçirilən cavab matçında (2:3) daha 5 qurtarışla yadda qalıb. "Nyukasl"da icarə əsasında çıxış edən Aaron Ramsdeylin şans qazandığı matçlarda hələ tam inam yaratmaması səbəbindən Eddi Haunun yeni qapıçı axtardığı, hədəflər arasında "Mançester Siti"nin qolkiperı Ceyms Traffordun da olduğu bildirilir.

2024-cü ildə "Qarabağ"a keçməzdən əvvəl "Legiya Varşava" və "Stal Mieleç"də çıxış edən Koxalski ümid edir ki, təkbaşına göstərdiyi qəhrəman oyun "Nyukasl"ın baş məşqçisinin və Premyer Liqa klublarının skautlarının diqqətini cəlb edib.

İngiltərəyə mümkün keçidi barədə o, "Sun Sport"a deyib: "Bu, mənim ən böyük arzumdur. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib və mənim haqqımda yaxşı danışmayıblar, eyni zamanda Premyer Liqa və ya Çempionşipdən yaxşı klubların skautları da baxıblar və bəlkə gələcəkdə məni transfer etməyə çalışarlar.

Həmişə əlimdən gələni etməyə, özümü göstərməyə və komandaya kömək etməyə çalışıram. Bu iki oyunda 9 qol buraxdım, buna görə, əlbəttə, xoşbəxt deyiləm. Altı qol buraxıb uduzanda heç vaxt yaxşı oyun olmur. Amma bundan sonra azarkeşlərin və insanların mənim haqqımda yaxşı danışması məni çox sevindirir. Bu, mənim üçün böyük motivasiyadır və bacarıqlarımı inkişaf etdirməyə, gələcəkdə bu böyük liqalarda və böyük oyunlarda çıxış etməyə çalışıram".

İlk oyunda Qordon onun qapısından 6 qoldan 4-nü vurmuşdu. Buna baxmayaraq, polşalı qapıçının bir neçə seyvindən sonra onu dəfələrlə keçə bilməyən futbolçu "Qarabağ"ın qolkiperinə dəstək sözləri deyib. Hələ millidə debüt etməyən Koxalski əlavə edib: "Bir səhvimdən sonra topu küncə çıxardığım epizodda Entoni Qordon yanıma gəlib dedi: "Əsəbiləşmə, sən çox yaxşı qapıçısan, davam et". Belə böyük futbolçudan bu sözlər eşitmək mənim üçün çox xoşdur və güclü motivasiyadır.

Milli komandada oynamaq da ən böyük arzularımdandır. Böyük liqalarda çıxış edən çox təcrübəli qapıçılarımız var. Ümid edirəm ki, bu pley-off oyunlarında və dünya çempionatında iştirak edərəm, amma bu, məşqçinin qərarıdır".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 995   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

Frenki de Yonq qışda "Barselona"dan ayrıla bilər

Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə

10 sentyabr
.

"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund

11 sentyabr
.

"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall

19 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr