"Sahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidır" - Bahar Muradova
Qadınların müxtəlif sahələrdə, o cümlədən ənənəvi olaraq çətin hesab edilən istiqamətlərdə - metro tunelləri və ağır sənaye sahələrində çalışması onların hüququdur.
Sonxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Sahibkarlıq Günündə deyib.
Onun sözlərinə görə, sahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidır: "Sahibkarlar iş yerlərində çalışanların, xüsusilə qadınların rahat və təhlükəsiz fəaliyyətini təmin etməlidir. Əgər qadınların əmək bazarında iştirakını artırmaq istəyiriksə, müəssisələrdə uşaq baxımı xidmətləri, səhiyyə imkanları, iş və ailə öhdəliklərini uzlaşdırmağa şərait yaradan mühit formalaşdırılmalıdır".
B.Muradova əlavə edib ki, bu, seçim məsələsidir və dövlət tərəfindən bu hüquqlar təmin olunmalıdır: "Lakin paralel olaraq işəgötürənlər belə fəaliyyət üçün zəruri təhlükəsizlik və sosial şəraiti yaratmalıdır. İnklüziv və dayanıqlı əmək mühitinin formalaşdırılması üçün sahibkarların sosial məsuliyyətə yanaşması daha da gücləndirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO