Sumqayıtda ictimai nəqliyyat böhranı: Gecikən avtobuslar, sıxlıq və sərnişin narazılığı artır - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
Sumqayıt şəhərində ictimai nəqliyyat sahəsində yaşanan problemlər sakinlərin gündəlik həyatını çətinləşdirməyə davam edir. Xüsusilə son dövrlərdə şəhərdaxili marşrut xətlərində avtobusların gecikməsi, intervalın uzun olması, sərnişin sıxlığı və bəzi sürücülərin davranışları ilə bağlı narazılıqlar daha da artıb. Sakinlər bildirirlər ki, xüsusən 5, 6 və 7 nömrəli marşrut xətlərində avtobus çatışmazlığı səbəbindən insanlar uzun müddət dayanacaqlarda gözləməli olur, avtobuslar isə həddindən artıq dolu vəziyyətdə hərəkət edir.
Narazılıq doğuran əsas məsələlərdən biri də bəzi sürücülərin dayanacaqlarda saxlamaması, "stop" siqnallarına məhəl qoymaması və sərnişinlərin təhlükəsizliyini riskə atan davranışlarıdır. Sərnişinlər iddia edirlər ki, bəzi hallarda avtobuslar marşrut üzrə tam hərəkət etmir, sərnişinlər yolun ortasında başqa avtobuslara yönləndirilir, hətta eyni marşrut üzrə əlavə vaxt itkisinə səbəb olan hallar yaşanır. Xüsusilə 1 iyun 2026-cı il tarixində 7 nömrəli marşrut xəttində baş verdiyi bildirilən hadisə sərnişinlərin ciddi narazılığına səbəb olub.
Belə ki, sərnişinlərin sözlərinə görə, marşrut avtobusu uzun gecikmədən sonra hərəkətə başlasa da, sonradan marşrut üzrə geri qayıdaraq insanları eyni yolu iki dəfə getməyə məcbur edib. Sakinlər hesab edir ki, ictimai nəqliyyatda yaşanan problemlər artıq sistemli xarakter alıb və məsələ ilə bağlı aidiyyəti qurumların ciddi tədbirlər görməsinə ehtiyac var.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ-a açıqlamasında bildirdi ki, təssüflər olsunki Sumqayıtın nəqliyyat sistemi hələdə Sumqayıt şəhər İcra Hakimiyyətinin əlində cəmləşib. Yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təhvil verilməyib. Onun sözlərinə görə, İcra Hakimiyyətidə özbaşına formada necə gəldi və hansı səviyyədə bilirsə o cür iş görməyə çalışır: "Mövcud vəziyyətdən sərnişinlərdə, sürücülərdə narazıdır. Sürücülərin iş və istirahət rejimi bəlli deyil. Avtobusların texniki nəzarəti hansı səviyyədədir bəlli deyil. Eyni zamanda sürücülərin tibbi müayinədən keçib keçmədiyi məlum deyil. Yəni Sumqayıt hal-hazırda Azərbaycanda ayrıca bir respublika kimi öz nəqliyyat sistemini işlədir. Təssüfki Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi uzun illər bundan əvvəl alıb gətirdiyi avtobusları sahibkarlara baha qiymətə satmağa çalışır. Heç bir sahibkarda buna yaxın durmadı.
Yəni Sumqayıt şəhər İcra Hakimiyyəti uzun illərdir alıb istismar etdiyi avtobusları aldığı qiymətə satmağa çalışır. Sahibkarlarda buna yaxın durmadığı üçün İcra Hakimiyyətidə özü bu avtobusları işlətməyə çalışır. Bu gün Sumqayıt nəqliyyatında hər cür biabırçılığa rast gəlmək mümkündür. Yəni avtobus sürücüsü iki dəfədə gedib qayıda bilər. Yolun ortasında insanları düşürdüb gedədə bilər. Eyni zamanda xəttdən çıxada bilər. Sərnişinləri yolda qoyub yolüstü evinə dönüb çörəkdə yeyə bilər. Yəni hər cür özbaşınalıq hal-hazırda Sumqayıtda hökm sürür. Mən ümid edirəm ki, Sumqayıt şəhər İcra Hakimiyyəti nəhayətki bir gözütoxluq göstərib bu işləri təhvil verəcək ki, adiyyatı dövlət qurumları orda normal şəkildə vətəndaşlara xidmət qura bilsinlər.
Çünki Sumqayıt şəhər İcra Hakimiyyəti nəqliyyat sistemini qura bilmir və batdıqcada batır. Amma geridə çəkilmək istəmir. Ona görədə düşünürəm ki, bu məsələ ilə bağlı artıq Sumqayıt şəhər İcra Hakimiyyəti geri çəkilməlidir və bu işləri təhvil verməlidir. Bütün respublika üzrə necə idarəetmə sistemi varsa Sumqayıtda da bu cür mexanizm tətbiq olunmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO