45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir.

Qaynarinfo "stroynee.com"a istinadən xəbər verir ki, araşdırmalara görə, 40-45 yaşdan sonra qadın orqanizmində estrogen, progesteron, testosteron, kortizol, insulin və aclıq hormonları (qrelin və leptin) kimi hormonlarda dəyişikliklər baş verir. Bu isə iştahanın artmasına və yağların daha çox yığılmasına səbəb olur.

həkimlər qeyd edirlər ki, bu dövrdə qadınlar perimenopauza və menopauza mərhələsinə daxil olur və bu da çəki artımını sürətləndirə bilər. Eyni zamanda yaşla birlikdə bazal metabolizm bir qədər azalır və artıq kalori asanlıqla yağ kimi yığılır.

Qidalanma və gündəlik rejim

Mütəxəssislərin tövsiyəsinə əsasən, 40 yaşdan sonra qadınların gündəlik kalori qəbulu orta hesabla 1800, 45 yaşdan sonra isə 1600 kilokaloridən artıq olmamalıdır.

Qidalanmada duzun azaldılması (gündə 5 qramdan çox olmamaq şərti ilə), şəkərli içkilər və şirniyyatların məhdudlaşdırılması, həmçinin kolbasa və yağlı qidaların rasiondan çıxarılması tövsiyə edilir.

Bununla yanaşı, rasiona liflə zəngin tam taxıllar, tərəvəzlər, xüsusilə yaşıl yarpaqlı bitkilər, az yağlı süd məhsulları, meyvə və giləmeyvələr, eləcə də yağsız ət və balıq məhsulları daxil edilməlidir. Bu qidalar orqanizmin vitamin və mineral balansını qorumağa kömək edir.

Həkimlər həmçinin gündə azı 1,5 litr su içməyi və həftədə 1-2 dəfə yüngül "yüklənmə günləri" tətbiq etməyi məsləhət görürlər.

Sərt pəhrizlər təhlükəli ola bilər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, 45 yaşdan sonra ciddi pəhrizlər və aclıq rejimi sağlamlıq üçün risk yarada bilər. Bu dövrdə orqanizmdə kalsium və zülal çatışmazlığı osteoporoz və anemiya kimi problemlərə səbəb ola bilər.

Sağlam şəkildə arıqlama prosesi ayda 4 kiloqramdan çox olmamalıdır.

Dərman və tibbi yanaşma

Bəzi hallarda həkimlər iştahanın azaldılması üçün preparatların istifadəsini nəzərdən keçirə bilərlər. Məsələn, semaqlutid adlı preparat beyində toxluq hissini artıraraq iştahanı azaldır və qidalanma vərdişlərinin dəyişməsinə kömək edir. Lakin bu cür dərmanların istifadəsi yalnız həkim nəzarəti ilə mümkündür.

Digər vacib amillər

Mütəxəssislər bildirirlər ki, kifayət qədər yuxu, fiziki aktivlik və stressin idarə olunması arıqlama prosesində mühüm rol oynayır. Yuxusuzluq aclıq hormonlarını artırır, stress isə kortizol səviyyəsini yüksəldərək iştahanı gücləndirir.

Eyni zamanda 40 yaşdan sonra əzələ kütləsinin azalması səbəbindən müntəzəm idman və aktiv həyat tərzi çəkinin nəzarətdə saxlanmasına kömək edir.

Həkimlər nəticə olaraq bildirirlər ki, 45 yaşdan sonra sağlam həyat tərzinə keçid çətin olsa da, düzgün qidalanma, fiziki aktivlik və emosional balansla artıq çəkiyə nəzarət etmək mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 816   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27 oktyabr
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

25 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr