Maşınında gözləyən qadını bıçaqla hədələyib qarət etdi
Türkiyənin Ankara şəhərində avtomobilində iş yoldaşını gözləyən qadın naməlum şəxs tərəfindən bıçaqla hədələnib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində Ankaranın Sincan rayonunun Yenikent məhəlləsində baş verib. Məlumata görə, Ş.Ö. adlı qadın avtomobilində iş yoldaşını gözlədiyi zaman M.Ç. adlı şəxs zorla maşına minib.
İddiaya əsasən, üzərində bıçaq olduğunu deyərək qadını hədələyən şübhəli ondan özünü Yenimahalle rayonunda yerləşən Ankaparkın avtodayanacağına aparmasını tələb edib. Qorxu və təşviş yaşayan qadın onun istəyini yerinə yetirib.
Şübhəli avtomobildən düşməzdən əvvəl qadının üzərində olan bir qədər pulu və boynundakı boyunbağını götürərək ərazidən uzaqlaşıb.
Zərərçəkənin polisə müraciətindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran polis şübhəlinin şəxsiyyətini və hərəkət marşrutunu müəyyən edərək onu qısa müddətdə saxlayıb.
Məlum olub ki, M.Ç.-nin daha əvvəl hədə-qorxu, israrlı təqib və insanların rahatlığını pozma maddələri üzrə 5 cinayət qeydiyyatı var.
Ankara Qərb Respublika Prokurorluğu tərəfindən şübhəli barəsində quldurluq və şəxsi qanunsuz olaraq azadlıqdan məhrum etmə maddələri ilə cinayət işi başlanılıb. Onun yaxın vaxtlarda məhkəməyə çıxarılacağı bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 339 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabr