"Təhsil bütün sahələrin təməlidir" - AÇIQLAMA
"Düşünürəm ki, təhsillə bağlı ən ciddi məsələlərdən biri məhz budur. Doğrudur, bu fikirlə hər kəs razı olmaya bilər. Amma təhsilin inkişafı yalnız məktəbdən başlamır, məktəblə də yekunlaşmır".
Bunu Sonxeber.az-a təhsil eksperti Elmin Nuri danışıb.
O, açıqlamasında qeyd edib ki, bu gün təhsilin tanıdılması və cəmiyyət arasında nüfuzunun artırılması istiqamətində görülən işlər kifayət qədər zəifdir:
"Media daha çox təhsilin mahiyyətini deyil, onun ətrafında yaranan sosial problemləri gündəmə gətirir. Təbii ki, müsbət istisnalar da var. Şəxsən sizin fəaliyyətinizi də həmin istisnalardan biri hesab edirəm. Lakin televiziya bu istiqamətdə üzərinə düşən missiyanı yerinə yetirə bilmir. Hətta demək olar ki, onlayn televiziya və "YouTube" platformaları təhsilin təbliği və populyarlaşdırılmasında ənənəvi televiziyanı xeyli qabaqlayır.
Bu gün elə təsəvvür yaranır ki, televiziya üçün təhsil prioritet mövzu deyil. Halbuki bu, heç də belə deyil. Çünki televiziyanın özünün də uğurlu gələcəyi savadlı və düşünən auditoriyanın formalaşmasından asılıdır.
Bəzən ümumi mövzulara həsr olunan tok-şoularda ayda bir və ya iki dəfə təhsillə bağlı mövzuya yer ayrılır, bəzən isə ümumiyyətlə ayrılmır. Ayrıldığı hallarda da bu, sistemli və davamlı xarakter daşımır.
Daha narahatedici məqam isə odur ki, belə proqramlarda həm aparıcıların hazırlıq səviyyəsində, həm mövzuya yanaşmada, həm də dəvət olunan qonaqların biliklərində ciddi boşluqlarla rastlaşmaq olur.
Mən özüm də belə bir verilişdə iştirak etmişəm. Guya proqram təhsilə həsr olunmuşdu. Amma aparıcı abituriyentlə tələbənin fərqini, MİQ müsabiqəsi ilə müəllimlərin sertifikatlaşdırılması prosesinin fərqini bilmirdi. Bununla yanaşı, böyük həvəslə studiyaya dəvət etdiyi qonağın sözünü tez-tez kəsir, fikrini tam ifadə etməsinə imkan vermirdi. Belə yanaşma təhsilin nüfuzunu artırmaq əvəzinə, əksinə, ona zərbə vurur.
Vaxtilə bununla bağlı bir status da paylaşmışdım. Yazmışdım ki, əgər təhsillə bağlı veriliş peşəkar səviyyədə hazırlanmayacaqsa, heç hazırlanmasa daha yaxşıdır.
Bəli, hazırda Təhsil TV fəaliyyət göstərir. Bu kanal Elm və Təhsil Nazirliyinin nəzdindədir. Lakin o, ənənəvi televiziya formatında yayımlanmır. Necə ki, İdman TV, CBC Sport və Mədəniyyət TV kimi ixtisaslaşmış televiziya kanalları fəaliyyət göstərir, eləcə də təhsilə həsr olunmuş ümummilli televiziya kanalı da olmalıdır.
Çünki təhsil bütün sahələrin təməlidir. Güclü təhsil olmadan nə iqtisadiyyatı, nə mədəniyyəti, nə idmanı, nə də cəmiyyətin digər istiqamətlərini istənilən səviyyədə inkişaf etdirmək mümkündür".
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması" mövzusuna uyğun olaraq dərc edilir.
Vüsalə İbrahimli

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama