Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağlı plan üzrə və plandankənar yoxlamalar həyata keçirilir, yoxlamalar zamanı aşkar olunan hüquq pozuntuları aktlaşdırılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və 08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib: "Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.

Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 13 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.

Nazirliyin müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji fəaliyyət) məşğul olma faktına hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi xahiş olunub.

Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi və AEM tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib".

Əlavə olaraq bildirilib ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya digər pozuntularla bağlı AEM-ə məlumat verə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 227   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir

Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. Onun sözlərinə görə, Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin erkən evliliy

9 avqust
.

Vaşinqton görüşündən sonra region fərqli mərhələyə qədəm qoyub

Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin qərarların dövlətlərin gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik mühitinə və beynəlxalq münasibətlər sisteminə təsiri daha aydın görünür. 2025-ci il avqustun 8-9-da Prezident İlha

10 avqust
.

Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI

Şüşəli eyvanların geniş yayılması mənzillərdə əlavə istifadə sahəsi və estetik görünüş yaratsa da, bu cür konstruksiyaların layihələndirilməsi zamanı həm memarlıq, həm də təhlükəsizlik tələblərinə ciddi əməl olunması vacibdir. Xüsusilə yay aylarında günəş şüalarının birbaşa təsiri şüşəli eyvanlarda temperaturu

10 avqust
.

Uitkoff: Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir

Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp 35 illik amansız münaqişəyə son qoyan tarixi sülh müqaviləsini imzalamaq üçün Azərbaycan və Ermənistanı bir araya gətirdi. "Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkə hesabındakı paylaşımd

9 avqust
.

8 gün iş OLMAYACAQ - TƏQVİM

2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur. Sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-c

9 avqust
.

Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edən Vaşinqton görüşü

Azərbaycan heç vaxt indiki qədər güclü, beynəlxalq münasibətlər sistemində söz sahibi və nüfuzlu dövlət olmayıb. Son illər həyata keçirilən ardıcıl daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyə

10 avqust
.

8 avqust görüşlərinin tarixi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərinin və Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə sülh prosesi üzrə mühüm sənədlərin imzalanmasının bir ili tamam olur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüş Cənubi Qafqazda uzun illər davam edən münaqişənin arxada qalmas

10 avqust
.

Azərbaycanda kişilər üçün pensiya yaşı YENİDƏN ARTIRILA BİLƏR? - 67-yə qədər...

Qadınlar üçün də pensiya yaşının 65-ə çatdırılması ilə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb. Bununla belə, demoqrafik və iqtisadi göstəricilər fonunda gələcəkdə, xüsusilə də kişilər üçün pensiya yaşının yenidən artırılıb-artırılmayacağı müzakirə mövzusu olara

9 avqust
.

Vaşinqton səfərinin uğurları göz önündədir

Vaşinqton səfərinin uğurları göz önündədir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a reallaşdırdığı tarixi səfərin üzərindən bir il ötür. Bu müddət ərzində həmin səfər zamanı əsası qoyulan proseslərin nəticələri daha aydın görünməyə başlayıb. Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərini

10 avqust