"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia
Azərbaycanda işədüzəltmə adı ilə vətəndaşın 14.500 manatı mənimsənilib. Bunu Sonxeber.az-a müraciət edən T.Ə adlı xanım bildirib.
Şikayətçinin sözlərinə görə, hadisə Məmmədov Tosif Rasim oğlu ilə bağlıdır. Xanımın təqdim etdiyi müraciətdə qeyd olunur ki, Tosif Məmmədov müəyyən şəxslərlə əlaqələrinin olduğunu və müxtəlif dövlət qurumlarına təsir imkanına malik olduğunu bildirərək, iki şəxsin işə götürülməsinə kömək edəcəyini vəd edib.
İddialara əsasən, bu vədlərə inanaraq birinci şəxsdən 6 500 manat, ikinci şəxsdən isə 8 000 manat olmaqla, ümumilikdə 14 500 manat pul Tosif Məmmədova verilib. Lakin şikayətçi bildirir ki, sonradan vəd edilən işlərin həyata keçirilməsi baş tutmayıb və verilən pul geri qaytarılmayıb.
T.Ə-nin saytımıza təqdim etdiyi sənədlərdən görünür ki, o, məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə də ərizə ilə müraciət edib. Ərizədə hadisənin araşdırılması, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi xahiş olunur.
Şikayətçi həmçinin ərizəsinə Tosif Məmmədovla apardığını bildirdiyi WhatsApp yazışmalarının və səs yazılarının surətlərini əlavə etdiyini qeyd edib. Onun sözlərinə görə, həmin yazışmalarda qarşı tərəfin pul vəsaitlərini aldığı və borcu ilə bağlı ifadələr yer alır.
Sənəddə şikayətçi hadisə ilə bağlı daha əvvəl Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə də rəsmi müraciət etdiyini, lakin müraciətindən sonra uzun müddət ərzində araşdırmanın nəticəsi ilə bağlı narazılığının yarandığını bildirib.
Qeyd edək ki, sənədlərdə Tosif Məmmədovun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin əlamətlərini yaratdığı iddia edilir. Bununla belə, şəxsin təqsirli olub-olmaması yalnız aparılacaq araşdırma və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə bilər.
Məsələ ilə bağlı Tosif Məmmədovla əlaqə saxladıq. O, xanımın onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyini saytımıza təsdiqləyib.










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1484 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt əmək bazarına necə təsir edəcək? - AÇIQLAMA
Çində süni intellektin sürətlə tətbiqi fonunda bəzi şirkətlərin işçi sayını azaltması texnologiyanın əmək bazarına təsiri ilə bağlı narahatlıqları artırır. Son məlumatlara görə, Çin texnologiya şirkətləri on minlərlə iş yerini ixtisar edib və ya yenidən strukturlaşdırıb, xüsusilə proqramlaşdırma, tərcüm
27 avqustKəlbəcərə dolu yağdı - Video
Kəlbəcərdə bu gün hava şəraiti kəskin dəyişib. Rayona dolu yağıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud paylaşım edib. Görüntüləri təqdim edirik:
28 avqustQobustanın girişində təhlükəli mənzərə: "Hər an düşə bilər" - VİDEO
Qobustan qəsəbəsinin girişində təhlükəli vəziyyət yaranıb. -a daxil olan görüntülərdə qəsəbənin girişində yerləşən konstruksiyanın ciddi şəkildə zədələndiyi görünür. Belə ki, giriş lövhəsinin bir hissəsində üzlük dağılıb, beton qatı qopub, armatur və digər konstruksiya elementləri açıq vəziyyətdə qalıb
28 avqustJalə Əhmədova da tələbə oldu
Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib. Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq. Qeyd edək ki, J.Əhmədova ləğv edilmi
28 avqustSabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək
Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq. "Report"a istinadən xəbər verir ki, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir. Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı
27 avqustBaşqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA
Avtomobil sahibinin nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxsə idarə etmək üçün verməsi praktikada geniş yayılmış haldır. Lakin həmin avtomobillə qəza baş verdikdə məsuliyyətin birbaşa avtomobil sahibinin, yoxsa sükan arxasında olan şəxsin üzərinə düşməsi tez-tez sual doğurur. Xüsusilə qəz
27 avqust2 nəfəri iş başında elektrik cərəyanı vurub öldürdü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 27-si saat 16 radələrində 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov Binəqədi şosesi 57-də işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb. Oxşar hadisə paytaxtın Sabunç
28 avqustBu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
Bu il 600-dən çox bal toplayan bir çox abituriyent universitetə qəbul ola bilməyib. Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi açıqlayıb. Onun sözlərinə görə, IV ixtisas qrupunda 30 nəfər 600 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, heç bir yerə qəbul ola bilməyib. Ümumilikd
27 avqust